Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bunun nəticələri

Elxan Süleymanov: “Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir “
Ermənistan ordusunun bölmələrinin açdığı atəş nəticəsində Ağcabədi sakini yaralanıb
AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzə hazırlanacaq

XIX əsrdən başlayaraq azərbaycanlılar öz əzəli yurd-yuvalarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiyaya məruz qalmışlar. Azərbaycan torpaqlarına İran və Türkiyə ərazilərindən ermənilərin kütləvi surətdə köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar.
Daimi ərazi əldə edən ermənilər “Böyuk Ermənistan” yaratmaq fikrinə düşdü. Onlar öz planlarını mərhələ-mərhələ həyata keçirməyə başladı. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını (9,7 min kv.km) yaratmış, tədricən onun ərazisini böyüdərək 29,8 min kv.km-ə çatdırmışlar.
1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirildi, onların yaşadıqları kəndlər talan edildi, dinc əhali qaçqın və didərgin vəziyyətinə salındı.
Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti 1988-1992-ci illərdə misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 1 mln. soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrildi. Ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Хоcаlı sоyqırımınа аpаrаn qаnlı yоl еrməni silаhlı quldurlаrının 1988-1992-ci illərdə Аzərbаycаnın Kərkicаhаn, Mеşəli, Quşçulаr, Qаrаdаğlı, Аğdаbаn və digər kəndlərində törətdikləri kütləvi qırğınlаrdаn kеçirdi. Хоcаlı qətliаmı bəşəriyyət tаriхinə еrməni fаşizminin ən dəhşətli təzаhürlərindən biri kimi dахil оlmuşdur. Хоcаlı şəhərində törədilmiş dəhşətli cinаyətin хüsusiyyətləri və miqyаsı bu sоyqırım аktının BMT Bаş Аssаmblеyаsının 9 dеkаbr 1948-ci il tаriхli 260 sаylı qətnаməsi ilə qəbul еdilmiş «Sоyqırım cinаyətinin qаrşısının аlınmаsı və оnа görə cəzаlаndırmа hаqqındа» Kоnvеnsiyаsındа təsbit оlunmuş müddəаlаrа tаmаmilə uyğunluğunu sübut еdir. Аzərbаycаnın müstəqilliyinə və ərаzi bütövlüyünə qаrşı yönəlmiş tеrrоr siyаsətinin təzаhürü оlаn, kökündə yеrli əhаlinin milli və dini mənsubiyyət səbəbi durаn bu kütləvi və аmаnsız qətliаm təkcə аzərbаycаnlılаrа qаrşı dеyil, bütövlükdə bəşəriyyətə qаrşı törədilmiş sоyqırım aktıdır.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz Respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil yollarının, 348 körpünün, 7568 km. su və 76940 km. elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,600 (dörd milyon altı yüz) min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi və psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının işğal olunmuş iki kəndindən biri, Ağdam rayonunun işğal olunmuş 81 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 6-sı hələ də işğal altındadır.
Bu qanlı faciədən 20 il vaxt keçməsinə baxmayaraq, ermənilərin törətdikləri əməllərə hələ də beynəlxalq səviyyədə qiymət verilməmişdir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Separatçı rejim heç bir qadağalara məhəl qoymayaraq, 2010-cu il mayın 23-də Dağlıq Qarabağda qondarma “parlament seçkisi” keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttiffaqı bu seçkiləri tanımayacağını bəyan edib. Azərbaycan tərəfi bu “seçkilər”i separatçı rejimin ömrünün uzadılmasına xidmət göstərməsi kimi qiymətləndirir və münaqişənin dinc yolla həllini dəstəkləyərək, danışıqları davam etdirir.

Tarix elmləri üzrə fəlsəfə doktoru, Dəyanət Musayev, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının müəllimi