“Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918”

1918-ci il Şamaxı soyqırımına həsr edilmiş elmi konfrans keçirilmişdir
Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ətrafında yaranmış təhlükəli vəziyyətə yönəldilir
Heydər Əliyevin 100 illiyinə həsr olunan “Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918” mövzusunda Dəyirmi Masa keçirib. qhtxeber.az-ın verdiyi məlumata görə, Dəyirmi Masanı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov açaraq azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib. E. Süleymanov rəhbərlik etdiyi assosiasiyanın “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirərək, bu layihə çərçivəsində onun “Şamaxı qırımızı terrorun hədəfində (30-cu illər represiyaları) ” adlı yeni kitabın bu il nəşr olunacağını xusisi qeyd etmişdir.

Daha sonra AVCİYA – nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “XX əsr erməni cinayətləri: 1918 – ci il Şamaxı soyqırımı”, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli “Azərbaycanın maddi – mədəniyyət abidələrinə qarşı erməni vandalızmi”, AMEA şöbə müdiri, professor Qasım Hacıyev “Azərbaycanlıların genosid tarixinin aktual problemləri” mövzularında məruzələr ilə çıxış etmişlər.

Məruzələrdə Şamaxı soyqırımının qısa fasilələrlə üç mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyi qeyd olunmuşdur. I mərhələ – martın əvvələri – 15 (27) mart 1918 – ci il (400 erməni əsgərinin Kürdəmirdən Şamaxıya doğru irəliləməsi ilə başlayıb, 15 (27) martda dini rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırılıb.);II mərhələ – 18(30) mart – 28 mart (09 aprel) 1918 – ci il. (1918 – ci il martın 18- də (30) başlayıb və martın 28 – də ( aprelin 9-da) İ. Ziyadxanovun dəstəsinin Şamaxını azad etməsi ilə müvəqqəti qarşısı alınıb.)III mərhələ – 6 aprel (18 aprel) – 20 iyul (01 avqust) 1918 – ci il. ( İ. Ziyadxanovun dəstəsinin Şamaxını tərk etməsindən, martın 31 – dən 6 gün sonra Şamaxının yenidən ermənilər tərəfindən tutulması ilə, yəni 1918 – ci il aprelin 6- dan (18) başlayıb və Türkiyənin Qafqaz İslam ordusu ilə birlikdə milli ordunun iyulun 20 – də ( avqustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib.) Şamaxıda 1918–ci ilin mart–aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8 – 12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920 – ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

Tədbidə tədqiqatların davam etdirilməsi ilə Şamaxıda öldürülənlərin sayının dəqiqləşdirilməsinin zəruriliyi qeyd olunmuşdur.

Məruzələr ətrafında professorlar Çingiz İsmayılov, Nadir Abdullayev, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, əməkdar jurnalist Altay Zahidov, hüquqşünas Adil Minbaşı, dosent İradə Yaqubova və digər şəxslər çıxış etmişlər.

Tədbirdə Türkiyyə Cümhuriyyətinin, Rusiya Federasiyasının, Rumuniya və Belorusun Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, ziyalılar, KİV və QHT nümayəndələri iştirak etmişlər.

AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov Dəyirmi Masaya yekun vuraraq tədbirin materiallarının kitab şəkilində bir neçə dildə nəşr olunaraq yayılacağını bildirib.