Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar 333 nəfərə birdəfəlik maddi yardım edilib
Borçalı söhbətləri: “Azərbaycan-Gürcüstan dostluğu”
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə müraciətlərin qəbulu davam edir

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.