Estoniya deputatları Xocalıya dair xüsusi bəyanat veriblər

Türk Şurasına sədrlik Azərbaycana keçib
Bakıda ilk Milli Turizm Sammiti keçirilib
Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək

Estoniya parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Denis Borodiç qrupun üzvləri adından Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bəyanatda deyilir: “Biz 600 nəfərdən çox insanın, o cümlədən çoxlu sayda uşaq, qadın və qocanın qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının acısını paylaşırıq. Cinayətin iştirakçılarını və onların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı zamanı dinc sakinlərə qarşı törətdikləri cinayətkar, vəhşi və insanlığa qarşı cinayət əməllərini qətiyyətlə pisləyirik. Bu qanlı qətliamın günahkarları layiq olduqları cəzanı almalıdırlar.

Azərbaycan Respublikasının öz ərazi bütövlüyünün bərpa olunmasına yönəlmiş səylərini dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması bütün regionun inkişafı üçün mühüm amildir”.

Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn