«Forumun məqsədi ölkədə söz və ifadə azadlığı ilə əlaqədar problemlərin müzakirəsidir»

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi
“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır

Dünən Azərbaycan Media Mərkəzində 7-9 tarixlərində Bakıda keçiriləcək «Azərbaycanda söz və ifadə azadlığına dəstək» Forumunun təşkilat komitəsi mətbuat konfransı keçirib. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, Forumun məqsədi ölkədə söz və ifadə azadlığı ilə əlaqədar problemlərin müzakirəsidir. Onun sözlərinə görə, Forumun keçirilməsi barədə təklif təxminən yarım il əvvəl irəli sürülüb: «Çoxplanlı aksiya kimi Forum vətəndaş cəmiyyətinin bu istiqamətdə səylərinin konsolidasiyasına, hökumət və digər sektorlarla dialoq və əməkdaşlıq üçün platformanın yaradılmasına çalışır. Prinsipcə, bu tədbirə icitmai dəstək forumu kimi baxmaq lazımdır. Bu Forum heç də siyasi yönümlü bir tədbir deyil. Sadəcə, elə məsələlr var ki, onun həlli nə hökumətdən, nə hansısa beynəlxalq qurumdan asılı deyil, əksinə ictimaiyyətin fikir bildirməsi əsasdır.
A.Əliyev qeyd edib ki, Forum Avrointeqrasiya Milli Komitəsi, «Yeni Nəsil»Jurnalistlər Birliyi, İfadə Azadlığı Komitəsi, «Azərbaycan Naminə» İctimai Forumu, Azərbaycan Jurnalistlər Birliyi, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu və Turan İnformasiya Agentiliyinin təşkilatçılığı ilə həyata keçirilir. Onun fikrincə, tədbirin il iki günündə söz və fikir azadlığına həsr olunmuş kitab, foto və karikatura sərgisi keçiriləcək: «Digər tədbirlər, o cümlədən Frontlayn jurnalist diskussiya klubunun açılışı olacaq. Tədbirin sonuncu günündə benyəlxalq konfrans keçiriləcək. Konfransda tanınmış xarici və yerli ekspertlər, jurnalistlər, ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri və bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Konfransda müzakirələrlə yanaşı, «ideyalar paradı» təşkil olunacaq ki, burada da yaxın vaxtlarda söz və ifadə azadlığı sahəsində ən böyük layihələrin təqdimatı olacaq. Eyni zamanda Azərbaycanda söz və ifadə azadlığının inkişafındakı xidmətlərə görə xüsusi mükafatın təqdimetmə mərasimi olacaq. Laureatı əvvələr məhkəmə çəkişmələrinə məruz qalmış və peşə fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş jurnalistlər seçəcəklər. Yekunda Forumun deklarasiyasının, ictimaiyyət və dövlət qurumları üçün fikir azadlığının inkişafına dair təkliflər və tövsiyələr paketi qəbul ediləcək».
Təşkilat sədri həmçinin vurğulayıb ki, söz və ifadə azadlığı ilə bağlı məlumat 2500-ə yaxın vərəqədə çap edilərək paytaxtda paylanılıb. Onun sözlərinə görə, vərəqələrin paylanması qəzetlər vasitəsilə də həyata keçirilib. A.Əliyev bildirib ki, beynəlxalq konfrans internet vasitəsilə canlı yayımlanacaq.

AVCİYA.AZ