Gəncə şəhərində saat 10:00-a olan məlumata görə, seçicilərin 7, 38 faizi səsvermədə iştirak edib

Dünya şöhrətli bakılı fizik Lev Landaunun anadan olmasının 110 ili tamam olur
AVCİYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsi davam etdiriləcək
“Xocalı Yaddaşı” kitabı işıq üzü görüb

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt bakıdan 365 kilometr aralı) saat 10:00-a verilən məlumata görə, seçicilərin 7, 38 faizi – 10 min 943 seçici səsvermədə iştirak edib.
Trend News-un məlumatına görə, 37 və 38 Nizami, 39 və 40 saylı Kəpəz seçki komissiyalarında 148 min 150 nəfər seçici qeydə alınıb.
108 məntəqədə səsvermə keçirilir.
1531 yerli müşahidəçi Gəncədə seçkiləri izləyir.
Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.
Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək. /Trend/