Göyçayda iftar məclisləri təşkil edilib

Sabir Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir
Gimnastımız Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov Göyçay və Şamaxının müxtəlif yaşayış məntəqələrində iftar məclisləri təşkil edir.

APA-nın məlumatına görə, deputat Elxan Süleymanovun təşəbbüsü ilə növbəti xeyriyyə tədbirləri Göyçay şəhərindəki Əbülfəz Məscidində və Qaraman kəndindəki Hacı Rəhim Əfəndi Məscidində keçirilib. İftar məclislərində 350 nəfər oruc tutan şəxs iştirak edib.

İftar məclislərində Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimlərdə qeyd edilib ki, xeyriyyəçi Elxan Süleymanov dövrünün tanınmış din xadimi olan babası Hacı Rəhim Əfəndinin 1898-ci ildə Qaraman kəndində inşa etdirdiyi məscidi yenidən bərpa edərək əhalinin istifadəsinə verib.

Mərasimlərdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub. Xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Ramazan bayramınadək Göyçay şəhərindəki Mərkəzi Məsciddə, bir neçə kənddə, eləcə də Şamaxı rayonunun bir sıra yaşayış məntəqələrində iftar süfrələri açılacaq, şəhid ailələrinə və imkansızlara ərzaq bağlamaları paylanılacaq, bayram günü kimsəsizlər, xəstə insanlar ziyarət olunacaq.

Qeyd edək ki, deputatın təşəbbüsü ilə iyulun 10-da bir neçə kəndin əhalisi üçün Qaraman məscidində iftar süfrəsi təşkil edilib.