GÜLƏLİYEV Oqtay Güləli oğlu

İSMAYILOV İnqilab Ələkbər oğlu
MANSUROV Bəhruz Qəhrəman oğlu
ƏSGƏROVA Gültəkin Məlik qızı
(10.11.1962, Laçın  r-nunun Xaçınaylı k. – 19.9.1992, Laçın) – Azərbaycanın Milli Qəhrəmanı (11.5.1993, ölümündən sonra).

Orta təhsilini Laçın şəhər 1 saylı orta məktəbində almış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildən rayon DİŞ-də işləmiş, 1989-cu ildə Poltava Kooperativ İnstitutunu qiyabi bitirmişdir.
Oqtay Güləliyev polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak etmiş, uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Onun komandir olduğu dəstə Laçın kəndlərinin müdafiəsi zamanı ermənilərin xeyli döyüşçüsünü məhv etmiş, yüksək rütbəli zabitlərini əsir götürmüşdür. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur.
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı yadigar qalmışdır.
Laçın rayonunun Piçənis kənd orta məktəbinə Oqtay Güləliyevin adı verilmişdir.
Əd.: “Laçın şəhidləri”, Bakı, “Bəxtiyar-4”, 2013, s.8