HÖRMƏTLI KİV TƏMSİLÇİLƏRİ!

Füzuli aeroportunun tikintisinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması planlaşdırılır
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi” qəzetinin çapdan çıxmasının 135 illik yubileyi ilə əlaqədar Söz Azadlığını Müdafiə Fondunun AVCİYA təşkilatı ilə birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabi və “Əkinçi”” kitabı işıq üzü görüb. Kitaba xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanmış məlumatları və xatirələrilə yanaşı “Əkinçi” haqqında indiyədək çap olunmamış yazıları daxil edilmişdir. Kitabın təqdimat mərasimi 14 iyul 2010-cu il tarixdə saat 11 00-da Kaspian Plaza Biznes Mərkəzinin konfrans zalında baş tutacaq. Tədbirə millət vəkilləri, mütəxəssislər, jurnalist təşkilatları, hüquqşünaslar, media qurumları və KİV təmsilçiləri dəvətlidirlər. Sizin hər birinizi tədbirə dəvət edir və iştirakınızdan məmnunluq duyuruq.
Əməkdaşlığımıza görə Sizə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Söz Azadlığını Müdafiə Fondu