İlham Əliyev: “Azərbaycanlılar o torpaqlara qayıtmalıdır”

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub
Moqerini: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq
Şuşada iki mülki şəxs minaya düşərək həlak olub
“Azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb. İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb”

AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib

Ölkə başçısı bildirib ki, münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Ermənistan 20 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Avropa Şurası və digər beynəlxalq qurumlar müvafiq qərarlar qəbul edib. Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər. Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır. Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir”.

AzVision.az