Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı açıqlanıb
Bu ilin iyun ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 131 122 ailə ünvanlı sosial yardım (ÜSY) alır. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib. Onun dediyinə görə, hər ay adambaşına düşən ÜSY-nin orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır. Yardım təyin olunan ailələrdən 51 628-i tərkibində 3 və daha çox uşaq olan ailələr, 195-i qəyyum (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16 339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10 049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ailələridir: “Ötən dövr ərzində ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər edilib, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilib. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının həddi ötən müddətdə 30 manatdan 75 manata qaldırılıb ki, bu da 2,5 dəfə artım deməkdir”.Nazir qeyd edib ki, ÜSY mexanizminin qiymətləndirilməsi və onun yoxsulluğa təsirinin öyrənilməsi məqsədilə Dünya Bankının “Pensiya və sosial təminat layihəsi” çərçivəsində ölkə üzrə 6 660 ev təsərrüfatında aparılmış monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatlarında ünvanlılıq prinsipinə 90%-ə qədər əməl olunduğu müəyyən edilib və bu göstərici ünvanlı sosial yardım tətbiq edən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib. /APA/ |
AVCIYA.AZ










Bu ilin iyun ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 131 122 ailə ünvanlı sosial yardım (ÜSY) alır. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib. Onun dediyinə görə, hər ay adambaşına düşən ÜSY-nin orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır. Yardım təyin olunan ailələrdən 51 628-i tərkibində 3 və daha çox uşaq olan ailələr, 195-i qəyyum (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16 339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10 049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ailələridir: “Ötən dövr ərzində ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər edilib, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilib. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının həddi ötən müddətdə 30 manatdan 75 manata qaldırılıb ki, bu da 2,5 dəfə artım deməkdir”.