Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
"Dövlət qulluğu haqqında" qanunda əks olunan statuslar həkim və müəllimlərə şamil olunmayacaq
Azərbaycanda "Dövlət qulluğu haqqında" qanunda əks olunan dövlət qulluqçusu statusları həkim və müəllimlərə şamil olunmayacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. "Həkimlərə və müəllimlərə veriləcək dövlət qulluqçusu statusu xüsusi növ olacaq. Onlara "Dövlət qulluğu haqqında" qanunda əks olunan dövlət qulluqçusu statusları şamil olunmayacaq", - Xəlilov deyib.Komissiya sədrinin sözlərinə görə, hüquq-mühafizə orqanları işçilərinin xüsusi dövlət qulluqçusu statusu olduğu kimi, həkim və müəllimlərin fəaliyyəti nəzərə alınaraq, onlara da xüsusi status veriləcək. Xəlilov bildirib ki, hazırda bununla bağlı müvafiq normativ-hüquqi akt hazırlanır. /Trend/ |
AVCIYA.AZ










Azərbaycanda "Dövlət qulluğu haqqında" qanunda əks olunan dövlət qulluqçusu statusları həkim və müəllimlərə şamil olunmayacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. "Həkimlərə və müəllimlərə veriləcək dövlət qulluqçusu statusu xüsusi növ olacaq. Onlara "Dövlət qulluğu haqqında" qanunda əks olunan dövlət qulluqçusu statusları şamil olunmayacaq", - Xəlilov deyib.