Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün imkan var
Qarabağ » Xəbərlər (Qarabağ) / (23 Iyun 2011, 14:06)
Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müəyyən imkan var və tərəflər bu imkandan istifadə etməlidirlər. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner deyib. İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli görüşü keçiriləcək.İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. /Trend/ |
AVCIYA.AZ










Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müəyyən imkan var və tərəflər bu imkandan istifadə etməlidirlər. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner deyib. İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli görüşü keçiriləcək.