Rusiyalı həmsədrin dəyişdirilməsinin danışıqlar prosesinə təsiri olub-olmayacağını zaman göstərəcək
Qarabağ » Xəbərlər (Qarabağ) / (23 Aprel 2010, 18:04)
Rusiyalı həmsədrin dəyişdirilməsinin danışıqlar prosesinə təsiri olub-olmayacağını zaman göstərəcək“ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin dəyişdirilməsinin danışıqlar prosesinə təsirinin olub-olmayacağını gələcək göstərəcək”. Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B. Səfərov Minsk Qrupunun yeni rusiyalı həmsədri İqor Popovun Azərbaycana səfəri zamanı icma üzvləri ilə görüşmədiyini bildirib. O bunun səbəbini açıqlamasa da, vaxtı çatanda yeni həmsədrlə görüşəcəklərini deyib. /APA/

AVCIYA.AZ