Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Ermənistan girovluqda olan Azərbaycan vətəndaşını geri qaytarıb
Qarabağ » Xəbərlər (Qarabağ) / (4 Noyabr 2010, 15:11)
Ermənistan girovluqda olan Azərbaycan vətəndaşını geri qaytarıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün saat 12:00-da BQXK-nın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-şərqində - İcevan-Qazax yolunda girov Eldar Tağıyev Azərbaycana təhvil verilib.Azərbaycan tərəfi isə əsirlikdə intihar edən erməni hərbçisi Manvel Mamikonoviç Sarıbekyanın meyitini qarşı tərəfə təhvil verib. Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i, saat 18:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb. Bu il sentyabrın 11-də təxminən saat 17:00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa çalışsalar da, onlardan biri - Manvel Mamikonoviç Sarıbekyan kəşfiyyatçıya aid bir sıra ləvazimatlarla birlikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub. Onunla aparılan ilkin söhbət nəticəsində məlum olub ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Sarıbekyan oktyabrın 5-də saxlandığı təcridxanada özünü asaraq intihar edib. Əsir və girovların qaytarılması oktyabrın 27-də Həştərxanda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları sazişə əsasən həyata keçirilir. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./Trend/ |
AVCIYA.AZ










Ermənistan girovluqda olan Azərbaycan vətəndaşını geri qaytarıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün saat 12:00-da BQXK-nın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-şərqində - İcevan-Qazax yolunda girov Eldar Tağıyev Azərbaycana təhvil verilib.