Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
Qarabağ » Xəbərlər (Qarabağ) / (7 Fevral 2011, 10:02)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcəklər. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır./Trend/ |
AVCIYA.AZ










ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy keçirəcəklər.