MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN MONİTORİNQİ
Kitabxana / (16 Avqust 2010, 16:08)
MİLLİ  MƏCLİSƏ  SEÇKİLƏRİN MONİTORİNQİ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası
Seçki Qəràrgahı

2010 – cu il
MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN MONİTORİNQİ

YADDAŞ KİTABÇASI



BAKI - 2010




Müəllif: Məhərrəm Zülfüqarlı



MÜNDƏRİCAT
• Ön söz
• Müşahidəçi nəyi bilməlidir?
• Rəsmi şikayət ərizələrinin verilməsi qaydaları
• Vətandaşların seçki hüquqlarının pozulmasına aid olan hallar
• Müxtəlif seçki sənədlərinin nümunələri





Ön söz

Seçkilərin ədalətli və şəffaf keçirilməsində müşahidənin mühüm əhəmiyyəti var. Müşahidəçilərin maarifləndirilməsi seçkilərin monitorinqini təşkil edən bütün qurumlar üçün prioritet təşkil edir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2004-cü ilin dekabrından başlayaraq ölkə üzrə keçirilən bütün seçkilərin və 2009 – cu ilin 18 mart referendumunun ölkə üzrə monitorinqini həyata keçirmişdir. Bununla yanaşı assosiasiya Respublikada ilk dəfə olaraq “exit-poll” və “quick count” tədqiqatlarını təşkil etmişdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2010 – cu ilin noyabrında keçiriləcək parlament seçkilərinin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlamışdır. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010 - cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda “Dəyirmi masa” və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirmişdir.
AVCİYA Seçki Qərargahı fəlaiyyət proqramına uyğun olaraq Azərbaycan Respublikasında keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar regionlarda fəaliyyətinin daha da gücləndirib. Qərargah bu il reqionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb. İlk növbədə, assosiasiyanın reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası, növbəti mərhələdə reqionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treninqlər keçirilməsi planlaşdırılır.
AVCİYA fəlaiyyət proqramında nəzərdə tutulan I mərhələni - regional ofslərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini (4 – 30 iyun 2010) artıq başa vurub. Bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə reqional nümayəndəliyinin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bununla yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Qobustan, Şamaxı, Şəki, Mingəçevir, Qəbələ, İsmayıllı, Balakən, Qax, Bərdə, Tərtər, Naftalan, Göygöl, Şəmkir, Ağstafa, Kürdəmir, Göyçay, Masallı, Cəlilabad, Yardımlı, Lerik, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə koordinatorlarla görüşlər keçirilib. Digər rayon koordinatorları ilə görüşlərin iyul ayında keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Xaçmaz ( 5 iyun), Şirvan (12 iyun), Lənkəran (19 iyun), Lerik (20 iyun), Zaqatala (27 iyun), Gəncədə (28 iyun) seçicilərlə seminarlar keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub. Ümumiyyətlə bu günə qədər AVCİYA seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr etmişdir.
AVCİYA iyul ayının əvvələrindən fəlaiyyət proqramın II mərhələsinin icrasına başlamışdır. Avqust ayının əvvələrindən isə III mərhələnin icrasına start veriləcək. Bu mərhələlərdə reqionlarda seçki fəallığının artırılması ilə bağlı maarifçilik işinin təşkili və müşahidəçilər üçün treninqlərin keçirilməsi nəzərdə tutlulub. Sizə təqdim olunan bu kitab Seçki Məcəlləsinin müddəaları əsasında müşahidəçilərin maarifləndirilməsi məqsədilə hazırlanıb.

I Müşahidəçi nəyi bilməlidir?


Hər bir müşahidəçi işə başlamamışdan əvvəl öz hüquq və vəzifələrinin dərindən öyrənməli, lazım gələrsə başqalarına da öyrətməlidir. Bunlar aşağıdakılardır:
• səsvermə başlamazdan əvvəl məntəqənin səsvermə üçün yararlığını yoxlamaq;
• səsvermə günü istənilən vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
• səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
• səsvermə başladığı vaxtdan səsvermənin nəticələri üzrə rəsmi protokalların tərtib olunmasına kimi prosesi müşahidə etmək;
• seçicilərə seçki bülletenlərinin verilməsini və onların səs verməsini müşahidə etmək;
• müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
• seçki bülletenlərinin, həmçinin ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
• müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
• nəticələr haqqında rəsmi protokolların surətlərini əldə etmək;
• seçki komissiyalarına qeydlər və təkliflər vermək.
• seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.
• yuxarı seçki komissiyalarına və ya məhkəmələrə şikayət ərizələri təqdim etmək;
• mətbuat konfransları keçirmək və kütləvi informasiya vasitələrinə bəyanatlar vermək;
• video və fotoçəkilişlər aparmaq

Müşahidə aparılmasının prinsipləri

• müşahidə açıq və şəffaf aparılmalı;
• seçki prosesinə hər hansı bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərməməli;
• müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalı;
• müşahidənin yekunları faktlara əsaslanmalı;
• sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməli.
Müşahidə seçkilər elan olunduğu gündən başlanır və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün bitir.

Müşahidəçilər üçün davranış qaydaları
Müşahidəçilər öz davranışlarında hər hansı səhvlərə yol verməmək üçün aşağıdakı qaydaları bilməlidirlər:
• seçki prosesində neytral və təmənnasız mövqe tutmalıdır;
• seçki prosesini yalnız müşahidə etməli, ona müdaxilə etməməlidir.
• seçki komissiyalarının üzvləri ilə dialoqa girməməli, təlimat və göstərişlər verməməli, sualları olarsa komissiyanın sədrinə müraciət etməlidir;
• yalnız öz qənaətlərinə əsaslanan məlumatları qeydə almalıdır;

Müşahidəçilərə aşağıda qeyd olunanları etmək qadağandır:
• seçicilərə seçki bülletenləri vermək;
• seçiciyə necə səs verəcəyi və ya necə səs verməsi haqqında suallar vermək;
• seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
• seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
• seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
• seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
• seçicilər arasında təbliğat və təşviqat aparmaq;
• bu və ya digər namizədin dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
• müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
• seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
Göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
Müşahidəçi nəyi bilməlidir?
• hər bir müşahidəçi Milli Məclisə seçkilər haqqında qanunda nəzərdə tutulmuş qaydada seçki məntəqələrinin təşkili, seçici siyahılarının və seçki bülletenlərinin tərtibi, səsvermə otağına aid tələblər və səsvermənin keçirilməsi qaydaları haqqında ümumi bilgilərə malik olmalıdır;
• səsvermə başlamazdan əvvəl, müşahidəçilərin iştirakı ilə komissiya üzvləri seçki bülletenlərini saymalıdırlar;
• komissiyanın sədri müşahidəçilərin iştirakı ilə boş seçki qutusunu və daşınan seçki qutusunu bağlamalı, möhürləməli və səsvermənin başlandığını elan etməlidir;
• yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar;
• Azərbaycan Respublikasının vətəndaşları beynəlxalq müşahidəçi statusu ala bilməzlər;
• müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər;
• seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəfin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır;
• səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi seçki Komissiyasında qeydiyyatdan keçərək xüsusi icazə almış müşahidəçilər malikdirlər;
• səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur;
• müşahidəçilərin istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir;
• müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, onu ğöndərən təşkilatın və ya namizədin adı olan lövhəciyi olmalıdır;
• müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb olunmur;
• səsvermə günü müşahidəçilərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən tərtib olunur;
• seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, müşahidəçilər, qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların vəkil edilmiş şəxslərindən başqa digər şəxslərin olması qadağandır;
• səsvermədə seçici kimi iştirak etmə halları istisna edilməklə, seçki məntəqəsində dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır;
• məntəqə seçki komissiyasının sədri tərəfindən hüquq mühafizə orqanları işçiləri məntəqədə əsayişin bərpa edilməsi məqsədi ilə seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər;
• hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır;
• seçici seçki bülletenini doldurarkən səhvən onu korlayarsa yeni seçki bülleteni verilməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur;
• seçicinin səsvermə otağından kənarda səs vermək istəyi müşahidəçilərin iştirakı ilə məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə təsdiq olunmalıdır;
• seçici yardım olmadan öz seçki bülletenini ala və ya işarələyə bilmədikdə, başqa şəxsdən kömək istəyə bilər. Seçiciyə seçki bülleteninin işarələnməsində kömək edən şəxsin familiyası və adı seçicilər siyahısında, həmin seçicinin seçki bülletinini aldığını təsdiqləyən imzasının yanında qeyd olunmalıdır;
• seçicinin adı seçicilər siyahısında olmadıqda, komissiya üzvü seçicidən onun şəxsiyyətini təsdiq edən sənəd tələb etməli, onun adını əlavə siyahıya daxil etməlidir;
• səsvermə kabinəsində eyni zamanda birdən artıq seçici ola bilməz;
• daşınan seçki qutusunu ən azı bir müşahidəçi müşayiət etməlidir;
• daşınan seçki qutusu seçki məntəqəsinə qaytarilan kimi, komissiya sədri istifadə olunmamış bülletenlərin sayını, həmçinin korlanmış bülletenlərin sayını yazmalı, daşınan seçki qutusu vasitəsilə səs vermiş seçicilərin seçici siyahısında olan adlarının qarşısında xüsusi işarə qoymalıdır;
• Seçki qutusunda, paylanmış seçki bülletenlərinin sayından artıq sayda seçki bülleteni ola bilməz;
• Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir və s
Müşahidəçilər seçki prosesində aşağıdakılara xüsusi fikir verməlidirlər:
• səsvermə otağının və gizli səsvermə kabinəsinin qanunun tələblərinə tam uyğunluğuna;
• seçki bülletenlərinin və ya səs verməyə gəlmiş seçicilərin sayına;
• seçki komissiyası tərəfindən seçicinin şəxsiyyətini təsdiq edən sənədin düzgün yoxlanmasına, seçiciyə neçə seçki bülleteni verilməsinə;
• seçki məntəqəsində və ya onun kənarında hər hansı siyasi partiyanın və ya namizədin xeyrinə seçki qabağı təşviqat materialının olub - olmamasına, ayrı-ayrı şəxslərin xeyrinə təbliğat aparılıb - aparılmamasına;
• məntəqə seçki komissiyası üzvləri və eləcə də digər şəxslər tərəfindən qutulara bülletenlərin atılıb, atılmamasına;
• səsvermənin gizliliyi prinsipinə əməl edilməsinə, daşınan seçki qutuları ilə seçki məntəqəsindən kənarda səsvermə keçirilməsinin qanunauyğunluğuna;
• bəzi seçicilərin öz ailə üzvlərinin əvəzinə səs vermə hallarının qarşısının alınmasına;
• müxtəlif namizədləri təmsil edən komissiya üzvlərinin qarşılıqlı razıılaşma yolu ilə namızədlər üçün bərabər sayda bülütenlərin qutulara salınmasının qarşısının alınmasına;
• səsvermənin qanunda göstərilən vaxtda başa çatdırılmasına;
• seçki bülletenlərinin qutulardan boşaldılması və yekun protokolların tərtibinə;
• səsvermə başa çatdıqdan sonra seçki qutuları açılarkən onların yararlığının yoxlanmasına;
• etibarsız hesab edilmiş və normal seçki bülletenlərinin bir- birindən ayrılaraq düzgün sayılmasına;
• səslərin sayılmasında sui – istifadə hallarının qarşısının alınmasına.
Müşahidəçi məntəqəyə özü ilə nə gətirməlidir?
• şəxsiyyət vəsiqəsi, müşahidəçi səlahiyyətlərini təsdiq edən sənəd və ya akkreditasiya vəsiqəsi;
• gün ərzində aparılan müşahidələri qeyd etmək üçün dəftər, bloknot və qələm ;
• bütün gün üçün kifayət edəcək qədər ərzaq;
• fənər və ya şam
Seçki qurtardıqdan sonra məntəqə komissiyası aşağıdakı sənədləri 24 saat ərzində Dariə Seçki Komissiyasına göndərməlidir:
• məntəqə komissiyası tərəfindən seçki bülletenlərinin alınmasına aid akt;
• istifadə edilməmiş bülletenlərin ləğv edilməsi haqqında akt;
• seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt;
• korlanmış seçki bülletenlərinin sayı haqqında akt;
• seçicilərin ərizələri əsaında istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında akt;
• Müşahidəçilərin rəyləri.

II Rəsmi şikayət ərizələrinin verilməsi qaydaları

Müşahidəçi seçki günü hər hansı bir işdən narazı qaldıqda öz iradlarını bildirməlıdir. Bütün bunlar komissiyanın sədri, zəruri halda isə, komissiyanın iclası tərəfindən nəzərdən keçirilməlidir. Əgər müşahidəcinin qeyd etdiyi hallar aradan qaldırılmazsa, onda müşahidəçi rəsmi şikayət ərizəsi yazmalıdır.
Seçki Məcəlləsinin 112.1 maddəsinə görə, 3 gün müddətində şikayət etmək olar.
Müşahidəçi şikayət ərizəsini Seçki Məcələsinin 112.5 maddəsinə uyğun aşağıdakı tələblərə əməl etməklə hazırlamalıdır:
• şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılmasıü üzrə komissiyanin adi;
• şikayət edən subyektə şikayətə baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi ücün ünvan;
• şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
• əgər bu qərardısa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş secki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı vəzifəli şəxs göstərilməlidir;
• əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyəti, onun törədildiyi yer və vaxt aydin şəkildə göstərilməlidir;
• əgər bu hərəkətsizlikdisə, şikayətci cavabsiz qalmiş tələbi və tələbi cavabsiz qoyan şəxsi və ya orqanın adını göstərməlidir;
• şikayət üçün əsas Secki Məcəlləsinin, digər qanunverecilik aktlarının pozulmasının güman edilməsi ola bilər;
• güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət oldugunun izahi;
• şikayətçinin tələbi;
• asaği secki komissiyasinin qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasinın qərarı əlavə edilməlidir;
• şikayətçi sikayət ərizəsini imzalamalıdır. Əgər şikayət seçkidə istirak edən siyasi partiya və ya siyasi partiya blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyətli nümayəndə tərəfindən imzalanmalıdır.
• şikayəti təsdiqləmək məqsədilə mümkün qədər çox sənəd toplanmalı və ərizəyə tikilməli;
• şikayət ərizəsi bütün şahidlər tərəfindən imzalanmalı;
• müşahidəçi yuxarı seçki komissiyasına şikayət ərizəsi ilə müraciət etdikdə, ərizəyə tikilmiş əlavə sənədlərin iki surətdə olmasına əmin olmalıdır. Bir nüsxə komissiyada, digəri isə qəbz kimi, iddiaçıda qalmalıdır. Komissiyanın üzvlərindən biri iddiaçıda qalan sənədləri imzalamalı və möhürlə təsdiq etməlidir.

III Vətandaşların seçki hüquqlarının pozulmasına aid olan hallar

Aşağıdakı hallar vətandaşların seçki hüquqlarının pozulması hesab olunur:

• zor tədbiqi , aldatma, hədə ilə vətandaşın seçmək və seçilmək hüquna mane olmaq;
• seçilmək məqsədi ilə özünün vəzifə və ya xidməti mövqeyindən imtiyaz kimi istifadə etmək;
• namizədin lehinə imza atmağa vətandaşları məcbur etmək və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olmaq və ya bu imzaların saxtalaşdırılmasında iştirak etmək;
• seçiçiləri ələ almaq, yəni Seçki Məcəllənin 88.6 maddəsi ilə qadağan olunmuş hərəkətləri etmək;
• qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməmək və dəqiqləşdirməmək;
• namizədlər barəsində bilərəkdən yalan məlumatlar yaymaq və ya namizədin şərəf və ləyaqətini təhqir edən digər hərəkətlər etmək (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasinda təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz )
• seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya nümayəndələrinin hüquqlarını pozmaq, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqları pozmaq;
• seçki qabağı təşviqatın aparılması qaydalarını pozmaq, o cümlədən səsvərmə gününə bir gün qalmış və ya səsvərmə günü təşviqat aparmaq;
• Seçki Məcəlləsinin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlamaq və yaymaq, yaxud xeyriyyə xidmətləri göstərmək;
• seçki kampaniyasının maliyyəşdirilməsinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalarını pozmaq;
• seçki bulletenlərinin qalıqlarını gizlətmək və ya seçki komissiyasının qeydə almadığı bulletenlərin, səsvərmə vəsiqələrinin əlavə tirajını hazırlamaq;
• seçki komissiyasının işinə mane olmaq və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirilməsi ilə bağlı fəaliyətinə qeyri qanuni müdaxilə etmək;
• seçki məntəqələrində səsverməyə mane olmaq;
• səsvermənin gizliliyini pozmaq;
• seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur etmək;
• seçki sənədlərini saxtalaşdırmaq, saxta sənədlər tərtib və təqdim etmək (seçki qutularına bir şəxs tərəfindən birdən cox bülleten salmaq halları daxil olmaqla), səsləri bilərəkdən düzgün hesablamamaq və ya seçkinin yekunlarını bilərəkdən təqdim və dərc etməmək;
• vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozmaq;
• vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri vermək, vətəndaşa doldurulmuş seçki bülleteni və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaratmaq;
• seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməmək;
• Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməmək;
• seçki komissiyalarının Seçki Məcəlləsinin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamamaq.



IV Müxtəlif seçki sənədlərinin nümunələri


Təlimata 1saylı əlavə

Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına

__________________yaşayan
yaşayış yerinin ünvanı
_________________________
şəxsiyyət vəsiqəsinin __________________________
və ya onu əvəz edən sənədin seriyası,
_____________________ malik
nömrəsi və verilmə tarixi
_________________________
soyadı, adı,
atasının adı

tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair


Ə R İ Z Ə


Xahiş edirəm mənə “____” ______________ 20___ il tarixə təyin edilmiş _____________________________________________________
təyin edilmiş seçkinin (referendumun) adı
Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmağa icazə verəsiniz.
Mən ____________________________________________maraqlarını
(zərurət olduqda namizədin soyadı, adı, atasının adı, siyasi
partiyanın, siyasi partiyalar blokunun, qeyri-hökumət təşkilatının və ya referendum üzrə təşviqat qrupunun adı)
təmsil edirəm.


Qoşma : _____________


İmza ___________ ___________________________________
(ərizəçinin soyadı, adı, atasının adı)


“____” ____________ 20___ il


_________
Qeyd: 1. Ərizəyə 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə edilməlidir.
2. Referendum keçirilərkən bu sənəd nümunəsində seçki komissiyaları müvafiq olaraq referendum komissiyaları kimi göstərilməlidir.



Aktların yazılması ücün nümunələr

________________________________________________
(rayon,şəhər,kənd bələdiyyəsinin adı)
______saylı___________seçki ərazisinin ________saylı seçki məntəqəsi
__________2010-cu il
AKT
Biz,aşağıda imza edənlər ___________________________________________
(imza edənlərin soyadı,adı,atasının adı və vəzifəsi)
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________Bu aktı ondan ötrü tərtib etdik ki, _________saylı ____________________seçki ərazi __________saylı seçki məntəqəsində saat___________aşağıdakı qanun pozuntusu qeydə alınıb________________________________________________________________________
(qanunun pozuntusunun qısa və konkret məzmunu)
____________________________________________________________________________
(müşahidəçinin yaddaş kitabçasında göstərilən müvafiq maddəyə istinad edin)
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Yuxarıda göstərilənləri öz imzamızla təsdiq edirik.
1.
2.
3.
4.
5.




AZƏRBAYCAN RESPUBLİKASINDA MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN
SEÇKİ GÜNÜ MÜŞAHİDƏNİN NƏTİCƏLƏRİNƏ DAİR
YEKUN RƏY
2010-cu il
Mən,________________________________________________________________________
(adı,soyadı,atasının adı)
saylı__________seçki dairəsinin________________ saylı seçki məntəqəsində səsvermə başlandığı andan (saat_______) səsvermənin nəticələrinin rəsmiləşdirilməsi başa çatanadək(saat__________) müşahidə aparmışam.
Müşahidə prosesində apardığım qeydlərin qiymətləndirilməsi əsasında həmin məntəqədə səsvermənin gedişi ilə bağlı aşağıdakı rəyə gəlmişəm:
____________________________________________________________________________(seçki məntəqəsindəki proseslərin mərhələ-mərhələ qısa və konkret qiymətləndirilməsi)
____________________________________________________________________________(qanun pozuntuları göstərildikdə müvafiq maddələrə istinad edilməlidir)
____________________________________________________________________________(verilən təkliflərə,iradlara məntəqə seçki komissiyasının münasibəti)
_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Qoşma
1. Səs vermə protokulun surəti______________ vərəq
2. MnSK-nın aktlarının surəti _______________vərəq
3. MnSK-nın qərarlarının surəti_______________vərəq
4. 1 saylı cədvəlin surəti ______________ vərəq
Müşahidəçinin aktları _____________ vərəq


İmza_____________________


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 2004 – 2010 – cu illərdə referendum və seçkilərlə bağlı nəşr etdirdiyi kitabların siyahısı:

1. Bələdiyyə Seçkiləri - 2004, Sosioloji sorğunun (exit - poll) nəticələri. Bakı 2004;
2. 17 dekabr 2004 - cü il AR yerli özünüidarə orqanlarına seçkilərin müşahidəsinə dair nəticələrin yekun hesabatı. Bakı 2004;
3. Azərbaycanda seçkiqabağı mərhələdə elektoratın siyasi fəallığının monitorinqi. Bakı, 2005;
4. 2008 - ci il prezident seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Qanun. Bakı, 2008;
5. Azərbaycan Respublikası Prezidentinin seçkiləri sənədlərdə (15 oktyabr 2008 - ci il). Bakı, 2008;
6. The presidenttial elections of Azerbaijan Republic in dokuments (october, 15, 2008). Baku,2008;
7. Demokratik seçkilər və vətəndaş fəallığı. Bakı, 2008;
8. Referendum ( 18 mart 2009). Bakı, 2009;
9. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi dair REFERENDUM sənədlərdə (18 mart 2009-cu il). Bakı, 2009;
10. Interim Report on the results of the Long Term Observation of Referendum on Amendments and Changes to the Constitution to be held on March, 18, 2009
11. 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı, Qanun, 2009
12. Seçki sistemləri və seçki komissiyalarının təşkili: yerli və beynəlxalq təcrübə. Formation of electoral systems and election commissions Local and international experience Bakı, 2010
13. “Azərbaycanda 2010 – cu il parlament seçkiləri:daha demokratik, daha şəfaf” Beynəlxalq konfransın materialları. Bakı, 2010
14. 2010 – cu il MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN MONİTORİNQİ. YADDAŞ KİTABÇASI. Bakı, 2010;
15. TƏLİMÇİNİN YADDAŞ KİTABÇASI. Bakı, 2010

AVCIYA.AZ