Bir komitə və iki dövlət agentliyinin rəhbərləri dəyişdirilib
Xəbərlər » Ölkədə / (20 Noyabr 2008, 12:11)
Bir komitə və iki dövlət agentliyinin rəhbərləri dəyişdirilib Noyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla aşağıdakı şəxslər müvafiq qurumlara rəhbər təyin edilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri-Rüfət Aslanlı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri –Abbas Ələsgərov

Dövlət Mülki Hava Administrasiyasının direktoru-Arif Məmmədov

Dövlət Miqrasiya Xidmətinin rəisi-Arzu Rəhimov

Milli Arxiv İdarəsinin rəisi-Ataxan Paşayev

Dövlət Sərhəd Xidmətinin rəisi- Elçin Quliyev

Dövlət Gömrük Komitəsinin sədri-Aydın Əliyev

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri-Qərib Məmmədov

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri-Hicran Hüseynova

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri-Hidayət Orucov

Dövlət Statistika Komitəsinin sədri-Arif Vəliyev

Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri-Nazim İbrahimov

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri-Kərəm Həsənov

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi-Arif Qaraşov

Dövlət Sosial Müdafiə Fondunun sədri-Səlim Müslümov

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri-Ramiz Həsənov

Dövlət Dəniz Administrasiyasının rəisi- Qüdrət Qurbanov

Müəllif Hüquqları Agentliyinin sədri-Kamran İmanov

Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru- İsgəndər Çəndirli



Beləliklə, yeni hökumətdə bir komitə, iki agentlik yeni sədrlə təmsil olunacaq. Bunlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və Satınalmalar üzrə Dövlət Agentliyidir.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əvvəlki sədri Gündüz Məmmədov, Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov , Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru isə İmran Mehdiyev olub.

Qeyd edək ki, Noyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin yaradılması barədə sərəncamlar imzalayıb.

APA-nın xəbərinə görə, sənədlərə əsasən, Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında isə Diaspora ilə İş üzrə Dövlət Komitəsi yaradılıb.

Nazirlər Kabinetinə bir ay müddətində bu komitələrin Əsasnamə layihələri, strukturu, xərclər smetası və işçilərin ümumi say tərkibi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. /APA/


AVCIYA.AZ