Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Pan Gi Mun ikinci dəfə BMT baş katibi seçilib
BMT Baş Assambleyası Pan Gi Munu ikinci müddətə BMT baş katibi postuna təsdiqləyib. APA-nın məlumatına görə, baş katib bu posta səsvermə keçirilmədən, ümumi razılaşma yolu ilə təyin olunub. 67 yaşlı koreyalı diplomat bu posta namizədliyini rəsmi olaraq iyunun 6-da irəli sürüb. BMT Nizamnaməsinə əsasən, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən 5 il müddətinə təyin olunur. Pan Gi Munun ilk baş katib müddətinə dair səlahiyyətlər bu il dekabrın 31-də başa çatır. /APA/ |
AVCIYA.AZ










BMT Baş Assambleyası Pan Gi Munu ikinci müddətə BMT baş katibi postuna təsdiqləyib. APA-nın məlumatına görə, baş katib bu posta səsvermə keçirilmədən, ümumi razılaşma yolu ilə təyin olunub. 67 yaşlı koreyalı diplomat bu posta namizədliyini rəsmi olaraq iyunun 6-da irəli sürüb. BMT Nizamnaməsinə əsasən, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən 5 il müddətinə təyin olunur. Pan Gi Munun ilk baş katib müddətinə dair səlahiyyətlər bu il dekabrın 31-də başa çatır. /APA/