Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Avropa Komissiyasının sədri Azərbaycan Prezidenti ilə səmərəli müzakirələr gözləyir
Azərbaycan Prezidenti İlham Əliyev dünən Belçikaya işgüzar səfərə gedib. Prezident orada Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. "Prezident Əliyevlə açıq və məhsuldar müzakirəni səbirsizliklə gözləyirəm. Biz ikitərəfli münasibətlərdə əldə olunmuş irəliləyişləri və bir sıra vacib enerji məsələlərini, o cümlədən mənim yanvarda Azərbaycana səfərim zamanı razılaşdırılan və Avropa ittifaqı ilə Azərbaycanın ümumi strateji məqsədi olan "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsini müzakirə edəcəyik", - Trend-in məlumatına görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib.Aİ-nin Bakıdakı nümayəndəliyinin mətbuat xidməti Barrozonun sözlərindən sitat gərirərək qeyd edir ki, səfər zamanı Azərbaycanın gələcək inkişafı üçün siyasi islahatların və qanunun aliliyinə də toxunulacaq. Azərbaycan Prezidenti Avropa Komissiyasının rəhbəri ilə yanaşı, Aİ Şurası sədri German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Parlamentinin sədri Yerji Buzek və Aİ-nin genişlənmə, Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşəcək. Bu barədə Aİ-nin məlumatında deyilir. Prezident İlham Əliyevi Bürüseldə Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia müşayiət edir. Aİ-nin Azərbaycanla əməkdaşlığına müxtəlif sahələr daxildir: energetika və ticarət sahəsində ənənəvi tərəfdaşlıqdan siyasi dialoq, kənd təsərrüfatı, ədliyyə, ətraf mühit, təhsil və mədəniyyət sahələrində layihələrədək. Yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər edilir. Yanvarın ortalarında Avropa Komissiyasının sədri Bakıda olub. Səfər zamanı mümüm strateji sənəd - "Cənub qaz dəhlizinə dair Birgə Bəyannamə" imzalanıb. Bəyannaməyə əsasən, Azərbaycan Avropa İttifaqına böyük həcmdə qaz tədarük etmək barədə öhdəlik götürüb. Ötən ilin aprelində Avropa komissarı Füle ilk dəfə Bakıda olub. Onun səfərinin gündəliyinin əsasını Azərbaycan qaçqınları ilə görüş təşkil edib. /Trend/ |
AVCIYA.AZ










Azərbaycan Prezidenti İlham Əliyev dünən Belçikaya işgüzar səfərə gedib. Prezident orada Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. "Prezident Əliyevlə açıq və məhsuldar müzakirəni səbirsizliklə gözləyirəm. Biz ikitərəfli münasibətlərdə əldə olunmuş irəliləyişləri və bir sıra vacib enerji məsələlərini, o cümlədən mənim yanvarda Azərbaycana səfərim zamanı razılaşdırılan və Avropa ittifaqı ilə Azərbaycanın ümumi strateji məqsədi olan "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsini müzakirə edəcəyik", - Trend-in məlumatına görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib.