Yaponiyada zəlzələ baş verib: sunami təhlükəsi var
Xəbərlər » Dünyada / (23 Iyun 2011, 10:06)
Yaponiyada zəlzələ baş verib: sunami təhlükəsi varYaponiyanın Xonsü adasının şərq sahillərində bir dəqiqə fərqlə 6,7 bal gücündə iki zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb. Ən güclü təkanlar Aomori, İvate, Miyagi və "Fukusima-1" AES-in yerləşdiyi Fukusima prefekturalarında hiss edilib. İvate prefekturasında sunami təhlükəsi elan olunub. Prefektura hökuməti sahil qəsəbələrindən əhalinin evakuasiyası barədə göstəriş veriblər. Yerli sakinlərə təhlükəli zonaya yaxınlaşmamaq tapşırılıb.
Yeraltı təkanların episentri Xatinoxe şəhərindən 88 km cənub-şərqdə 32 km dərinlikdə olub. /APA/

AVCIYA.AZ