""Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti
Beynəlxalq Konfransın
NƏTICƏLƏRI
Bakı, 27 may 2011-ci il
Beynəlxalq Konfransın təşkilatçıları: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu, İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondu və Məhkum edilmiş Şəxslərin Reinteqrasiyası Assosiasiyası (Bolqarıstan).
Tarix : 28 May 2011, 14:05
“AZƏRBAYCANDA 2010-CU İL PARLAMENT SEÇKİLƏRİ: DAHA DEMOKRATİK, DAHA ŞƏFFAF”BAKIDA “AZƏRBAYCANDA 2010-CU İL PARLAMENT SEÇKİLƏRİ: DAHA DEMOKRATİK, DAHA ŞƏFFAF” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLIB
Tarix : 20 Aprel 2010, 16:04
AVCİYA  Referendumla bağlı geniş fəaliyyət proqramını həyata  keçirirAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009 – cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA Seçki Qərargahı referenduma hazırlıq mərhələsini, referendum gününü və referendumdan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10 – dan intensiv fəaliyyətə başlayıb.
Tarix : 18 Fevral 2009, 16:02
AVCİYA yeni layihəyə başlayırAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı müsabiqəsində qalib gəlmişdir. «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması və seçkilərin şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» adlı layihənin müddəti 5 aydır ( avqust – dekabr 2008).
Tarix : 12 Sentyabr 2008, 18:09
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı (AKTAM) "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. Hazırlanmış qanunun məqsədləri təhsil kreditlərinə, ali ixtisas təhsilinin maliyyələşdirilməsinin effektiv iqtisadi mexanizmlərinə, keyfiyyətli təhsilin alınmasına dair eyni imkanların və təminatın artırılmasına dövlət yardımı sisteminin yaradılmasıdır.
Tarix : 9 Iyul 2008, 17:07
CaspiLog 2 (Caspian Dialog 2) May ayının 7-9-da Aqua Parkda, Novxanıda keçirilmişdir. CaspiLog 2 Tətbiqi Sistemlərin Analizi üzrə Beynəlxalq İnstitutun (İİASA) Beynəlxalq Danışıqlar Prosesi (PİN) Proqramı, Xəzər Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyi (CPF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (ACSDA) tərəfindən birgə təşkil edilmişdir. Avropadan, Birləşmiş Ştatlardan və Kanadadan, keçmiş Sovet ölkələrindən gələn diplomatlar, siyasətçilər və alimlər konfransa qatılmışlar. Konfransın gedişində Xəzər dənizi ilə bağlı olan mühüm məsələlər, məsələn Xəzər dənizinin statusu, təhlükəsizlik və ekologiya məsələləri müzakirə edilmişdir.
Tarix : 9 Iyul 2008, 17:07
AVCIYA-nın fikrincə Azərbaycanda islahatların səviyyəsi, eləcə də, demokratikləşmə və cəmiyyətin inkişafı elmin, xüsusilə də ictimai elmin inkişafından asılıdır. Buna görə də Assosiasiya vətəndaş cəmiyyətinin problemlərinə, eləcə də dünya siyasətinə və elminə həsr olunmuş aylıq ictimai-siyasi jurnal olan "Bugün və sabah. Azərbaycan gündəmdə" jurnalının nəşrinə başlayıb. Jurnal 2 azərbaycan və ingilis dillərində nəşr olunur.
Tarix : 9 Iyul 2008, 17:07
Aprelin 7-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu "Molla Nəsrəddin" jurnalının 100 illiyi ilə bağlı tədbir keçirdilər. "Molla Nəsrəddin" jurnalı ilk dəfə 1906-ci ildə Təbrizdə nəşr edilmişdir. AVCİYA-nin və Söz Azadlığını Müdafiə Fondunun təşəbbüs ilə bu jurnalın Təbrizdə nəşr edilən 8 sayının yenidən toplanaraq fars dilində yazılmış məqalələrin Azərbaycan dilinə tərcümə edildi və 300 nüsxədə çap edildi.
Tarix : 9 Iyul 2008, 17:07
Avqustun 22-də Beynəlxalq Mətbuat Mərkəzində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalının ildönümü ilə əlaqədar "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım" Assosiasiyasının və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkil etdikləri "Ermənistanın işğalçılıq siyasəti və onun fəsadları" mövzusunda Dəyirmi Masa keçirilib.
Tarix : 9 Iyul 2008, 17:07
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının növbəti layihəsini 13 may 2006-cı ildə ölkəmizdə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı idi. AVCİYA, Bolqarıstanın «Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası»(ADSVTA) Qeyri hökumət Təşkilatı və Şəffaf Seçkilər monitorinq mərkəzi» ilə birgə müşahidəçi qismində çıxış etmişdir.
Tarix : 9 Iyul 2008, 17:07
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVSİYA) "11 sentyabr terroru": gəlin birlikdə düşünək" mövzusunda dəyirmi masa keçirdi. Bildiyimiz kimi, 2001-ci il sentyabrın 11- də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda, dünya ticarət evinin göydələnlərində baş vermiş terror hadisələri bütün dünyanı sarsıtdı. Bəşər tarixinin ən qanlı olaylarından biri hesab edilən 11 sentyabr hadisələri bütövlüklə insanların terrora və terrorizmə münasibətini dəyişdi. Məlum oldu ki, terror hər hansı məqsədə çatmaq üçün vasitə deyil, sadəcə insanları qorxu içərisində yaşamağa məcbur etmək, çaxnaşma yaratmaq, onlara psixoloji təsir göstərmək, gərginlik yaratmaq, adamları daim psixoloji pressinqdə saxlamaq üçün antibəşəri bir metoddur.
Tarix : 9 Iyul 2008, 17:07
18-20 aprel 2006-cı il tarixlərdə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə Xaçmaz şəhərində quş qripi xəstəliyi ilə əlaqədar maarifləndirici tədbirləri həyata keçirmişdir.
Tədbirlər çərçivəsində Xaçmaz şəhərinin məktəbləri və müəllimləri arasında quş qripi haqqında nəyi bilməli və nə etməli devizi altında monitorinq, o cümlədən şagird və müəllimlər arasında quş qripi ilə mübarizə yolları barədə diskussiya xarakterli görüşlər keçirilmişdir.
Tarix : 9 Iyul 2008, 17:07
AVCİYA-nın (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) və AKTAM (Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı)təşkilatçılığı ilə "Xaricdə təhsil alan azərbaycanlıların işlə təmin olunma problemləri" mövzusunda dəyirmi masa keçirildi.
Tarix : 9 Iyul 2008, 17:07
Hər zaman olduğu kimi Azərbaycan cəmiyyətində olan müxtəlif problemləri qaldırıb onların həlinə çalışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti tədbiri "Bələdiyyə və KİV münasibətləri: inkişaf və problemlər müstəvisində" adlı Dəyirmi Masa oldu.
Tarix : 9 Iyul 2008, 17:07
2007-ci lin yanvar ayından başlayaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası "Azərbaycan bələdiyyə sistemi" jurnalının nəşrinə başladı. Jurnal ildə dörd dəfə nəşr ediləcək dərgi respublikamızda bələdiyyələrin öz işlərini müasir tələblər səviyyəsində qurması prosesində yaxından iştirak edəcək. Jurnal bələdiyyə üzvləri və qulluqçuları, mütəxəssislər və tədqiqatçılar, habelə bu sistemin inkişafında və problemlərinin həllinə maraqlı olan hər bir şəxs üçün nəzərdə tutulub.
Tarix : 9 Iyul 2008, 17:07
AVCIYA.AZ