Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
AVCİYA ölkəmizdə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı növbəti layihəsini keçirdi
Layihələr / (9 Iyul 2008, 17:07)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının növbəti layihəsini 13 may 2006-cı ildə ölkəmizdə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı idi. AVCİYA, Bolqarıstanın «Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası»(ADSVTA) Qeyri hökumət Təşkilatı və Şəffaf Seçkilər monitorinq mərkəzi» ilə birgə müşahidəçi qismində çıxış etmişdir. (ADSVTA) 1990-cı il may ayının 9-da Bolqarıstanın paytaxtı Sofiyada təsis edildiyini və təşkilatın sosioloji sorğular və vətəndaş cəmiyyətinin inkişafı üçün vacib olan Exit-Poll kimi seçkilərin tədqiqi metodologiyası üzrə Bolqarıstanda aparıcı təşkilatlardan biridir. Fəaliyyəti dövründə ADSVTA 100-dən artıq Exit Poll, Quick Count və başqa bu kimi uğurlu tədqiqatlar həyata keçirib. ADSVT təmsilçiləri müşahidəçi qismində Albaniya, Kosovo, Makedoniya, Rusiya, Rumıniya, Ukrayna, Serbiya və Montenegro da iştirak ediblər.
Seçki prosesini müşahidə etmək üçün Bolqarıstandan olan 27 nəfərlik nümayəndə heyəti seçki ərəfəsində ölkəmizə gəldi. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Bolqarıstan təşkilatının tərəfdaşı kimi bu proseslərdə iştirak etdi. Sorğu prosesində iştirak edəcək intervüerlərin, supervayzerlərin və müşahidəçilərin seçimi və hazırlanmasını AVCİYA-nın nümayəndələri yerinə yetirdi. Bu adıçəkilən təşkilatların birgə həyata keçirəcəyi üçüncü seçki prosesi idi. Müşahidə təkrar seçki keçiriləcək 10 dairəni əhatə etmişdir. AVCİYA bolqarıstanlı mütəxəssislərlə birgə 10 dairənin 93 məntəqəsində "exit-poll" (çıxışda sorğu) və "quik-count"( səslərin tez sayılması) keçirmişdi, həmçinin səsvermə gedən 343 məntəqənin hər birində səslərin paralel hesablanması aparmışdır. Assosiasiya hər məntəqədə 2 müşahidəçi olmaqla, 686 müşahidəçi ilə seçkiləri izləmişdir. Eyni zamanda AVCİYA və "Şəffaf seçki monitorinq mərkəzi" Mayın 13-də keçirilmiş təkrar seçkilərə hazırlıq və namizədlərin təşviqat kampaniyasının kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasının 6 telekanal və 8 qəzet üzərində monitorinq aparılmışdır. |
AVCIYA.AZ









