Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə martın 27-də Beynəlxalq Mətbuat Mərkəzində «31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir» mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirin əsas məqsədinin əsrlər boyu Azərbaycan xalqına qarşı edilən soyqırım hadisələrinin əsas məqsədini araşdırmaq və ictimaiyyətə baş vermiş hadisələrin başlıca mahiyyətini çatdırmaqdan ibarətdir.
Tarix : 9 Iyul 2008, 17:07
1992-ci ilin fevralın 26-da erməni quldurları keçmiş SSRİ-nin 366-cı alayının əsgər və zabitlərinin köməyi ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı divan tutdular. Yaşından və cinsindən asılı olmayaraq yüzlərlə insan məhv edildi. Erməni vəhşiləri qadınlara, uşaqlara, qocalara belə rəhm etmədilər. Bu quldurlardan qaçaraq canını qurtarmış insanların bir qismi Ağdama gedən yolda soyuqdan donub tələf oldular. Xocalı hadisələri Qarabağ münaqişəsinin alovunun daha da artmasına, Azərbaycan xalqında erməni quldurlarına qarşı nifrətin daha da güclənməsinə səbəb oldu.
Tarix : 9 Iyul 2008, 16:07
AVCIYA.AZ