Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Süleymanov Elxan Sirac oğlu
Prezident Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olub. 1958-ci ildə Göyçay Pedoqoji texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsini, 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsini bitirib. Ali təhsil aldığı 1961-1966-cı illərdə həm də Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləyib. 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilib. 1979-cu ilə qədər həmin vəzifədə çalışıb. Bundan sonra "İnqilab" kinoteatrına direktor vəzifəsinə təyin edilib. 1981-ci ildən 1982-ci ilədək Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru işləyib. 1982-ci ildə Mədəniyyət Nazirliyinin kino baş idarəsində baş direktor kimi fəaliyyətə başlayıb. 1987-ci ildə "Nizami" kinoteatrına direktor təyin edilib. 1990-cı ildə Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin direktoru olub. Assosiasiya yaranan gündən onun Prezidenti vəzifəsində çalışır.2010-cu il parlament seçkilərində Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. E-mail: suleymanov@avciya.az Əlibəyov Vəli Nemət oğlu 1-ci Vitse-prezident 22.04.1974-cü ildə Quba şəhərində anadan olmuşdur. Qərb Universitetinin məzunu. Politoloq, ictimai idarəetmə magistri (MPA). Jurnalistika və QHT sektorunda çalışıb. Siyasi Texnologiyalar Mərkəzinin yaradıcısı və prezidenti. Yerli mətbuatda 100-dən çox məqalə və bir kitabın müəllifi. 2005-ci ilin yanvar-iyul ayına kimi "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" İctimai Birliyinin sədr müavini vəzifəsində çalışıb. İyul ayından Assosiasiyanın 1-ci vitse-prezident vəzifəsinə seçilib.E-mail: alibekov@cpt.az Babayeva Təranə Böyükağa qızı Tərcüməçi 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin bakalavr pilləsini bitirmişdir. 2005-ci ildə həmin fakültənin magistr pilləsini bitirmişdir. 2002-2004-cü ilədək "Dil Tədrisi Mərkəzi" kurslarında ingilis-dili müəllimi vəzifəsində işləmişdir. 2004-cü ilin yanvarından Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında tərcüməçi vəzifəsində fəaliyyət göstərir. E-mail: babayevatarana@avciya.az Zülfüqarlı Məhərrəm Paşa oğlu AVCİYA-nın Seçki Qərargahının rəhbəri Zülfüqarlı Məhərrəm Paşa oğlu - 1955 – ci il avqustun 19 – da Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən doktorluq işi müdafiəyə hazırdır. 28 kitabın, 39 elmi, 577 publisitik məqalənin, 13 metodiki işin müəllifidir. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir.1997–ci ildən QHT sektorunda fəaliyyət göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir. ABŞ Respublikaçılar İnstitutu Seçki Kampaniyası Akademiyasının məzunudur. 2005 – ci ildə “İctimai Liderlər” blokunun seçki qərargahına rəhbərlik edib. 2007 – ci ilin sentyabrından AVCİYA Seçki Qərargahının rəhbəridir. ABŞ, Almaniya, İsveç, Polşa, Bolqarstan, Rusiya və Gürcüstanda təcrübə mübadiləsində olub.[/left] E-mail: zulfugarli@avciya.az Tarix : 10 Iyun 2008, 16:06
|
AVCIYA.AZ










Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olub. 1958-ci ildə Göyçay Pedoqoji texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsini, 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsini bitirib. Ali təhsil aldığı 1961-1966-cı illərdə həm də Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləyib. 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilib. 1979-cu ilə qədər həmin vəzifədə çalışıb. Bundan sonra "İnqilab" kinoteatrına direktor vəzifəsinə təyin edilib. 1981-ci ildən 1982-ci ilədək Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru işləyib. 1982-ci ildə Mədəniyyət Nazirliyinin kino baş idarəsində baş direktor kimi fəaliyyətə başlayıb. 1987-ci ildə "Nizami" kinoteatrına direktor təyin edilib. 1990-cı ildə Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin direktoru olub. Assosiasiya yaranan gündən onun Prezidenti vəzifəsində çalışır.
22.04.1974-cü ildə Quba şəhərində anadan olmuşdur. Qərb Universitetinin məzunu. Politoloq, ictimai idarəetmə magistri (MPA). Jurnalistika və QHT sektorunda çalışıb. Siyasi Texnologiyalar Mərkəzinin yaradıcısı və prezidenti. Yerli mətbuatda 100-dən çox məqalə və bir kitabın müəllifi. 2005-ci ilin yanvar-iyul ayına kimi "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" İctimai Birliyinin sədr müavini vəzifəsində çalışıb. İyul ayından Assosiasiyanın 1-ci vitse-prezident vəzifəsinə seçilib.
1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin bakalavr pilləsini bitirmişdir. 2005-ci ildə həmin fakültənin magistr pilləsini bitirmişdir.
Zülfüqarlı Məhərrəm Paşa oğlu - 1955 – ci il avqustun 19 – da Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən doktorluq işi müdafiəyə hazırdır. 28 kitabın, 39 elmi, 577 publisitik məqalənin, 13 metodiki işin müəllifidir. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir.