Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Şəki
Turizm / (18 Mart 2011, 11:03)
Şəki Azərbaycanın şimal-qərb coğrafi zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir.Ərazisi - 2.43 min km2 Əhalisi - 169 min nəfər. O cümlədən, kənd əhalisi-103 min nəfər, şəhər əhalisi- 66 min nəfər. Əhalinin sıxlığı 1 km2, 69.01 nəfər İnzibati ərazi vahidlərinin sayı - 1şəhər, 2 qəsəbə, 68 kəndi vardır İqlimi- alçaq dağlıq zonalarda mülayim, isti, orta və yüksək dağlıq zonalar üçün soyuq iqlim tipi xarakterikdir. Orta illik temperatur dağ ətəyi ərazilərdə 10 dərəcə, yüksək ərazilərdə isə 0 dərəcədən aşağıdır. Əsas çayları - Kiş, Şin, Daşağıl Əsas sənaye sahələri - ipəkçilik , yeyinti, toxuculuq, tikinti materialları Əsas kənd təsərrüfatı sahələri - taxıl, üzüm, tütün, heyvandarlıq, meyvə və giləmeyvə Nəqliyyat – Şəkini Azərbyaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi- dəmir yolu və avtomobil yolları birləşdirir. Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir. Coğrafi şəraiti: Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir. Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə,boz qonur torpaqlar geniş yayılmışdır.Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
AVCIYA.AZ










Şəki Azərbaycanın şimal-qərb coğrafi zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir.



























