Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
Qəbələ
Turizm / (22 Fevral 2011, 12:02)
Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV - b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir. XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Bu vaxt Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşen sultanlığı yaradılmışdır. Qutqaşen sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşen mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının İnzibati rayonlarından biri kimi Qutqaşen rayonu yaradılmışdır. Qəbələ ərazisi ,,4” yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşen, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır. Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır. Qəbələ rayonunda Qəbələ Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 27.03.1978-ci il 101-5 RS 8470;-li qərarına əsasən yaradılmışdır. Qoruq e.ə. IV - b.e. V əsrinədək qədim Qafqaz Albaniyasının ilk paytaxtı olmuş qədim Qəbələ şəhərinin yerləşdiyi ərazini əhatə edir və Qəbələ rayonunun cənub-qərbində, Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. Qoruq üç əsas hissədən ibarətdir: Çaqqalı, Səlbir, Qala. Qoruğun ərazisi 480 hektardır. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
AVCIYA.AZ










Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.











