İnqo Büttner: Seçki məntəqələrində yaradılan şərait Seçki Məcəlləsinə uyğundur

Heykəltəraş Elmira Hüseynovanın xatirəsi anılıb
Qadınların seçkilərdə iştirakına maneə yalnız stereotiplərdir
Sual-cavab

Bəzi seçki məntəqələrində müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur. Seçkiqabağı, eləcə də seçki günü görülən işlər barədə məlumatları Bakıdakı missiya mərkəzinə ötürəcəyik və yekun nəticə orada müəyyənləşəcək.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində ATƏT-in uzunmüddətli müşahidəçisi İnqo Büttner deyib.

İnqo Büttner bildirib ki, bu il yanvarın 14-dən başlayaraq Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın və digər təşkilatların nümayəndələri ilə görüşüb, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olub.