“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu kimsəsizlərə hüquqlarını öyrədəcək

Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı ciddi tapşırıqlar verdi
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
AHİK-in V qurultayı 2018-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib

“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kimsəsiz yeniyetmələr üçün sosial inteqrasiya imkanları yaradaq” adlı layihənin icrasına start verib. Layihə Avropa Şurasının reallaşdırdığı “ENTER!” proqramına daxildir. Layihənin məqsədi kimsəsiz yeniyetmələri sosial hüquqlar sahəsində maarifləndirmək və onların cəmiyyətə sosial inteqrasıyası prosesini sürətləndirmək üçün psixoloji dəstək göstərməkdir.
Layihədə valideyn himayyəsindən məhrum olmuş 20 gəncə sosial hüquqlarla bağlı təlim və psixoloji dəstək proqramı keçirilməsi nəzərdə tutulub. Sosial hüquqlarla bağlı təlim proqramı çərçivəsində gənclərlə hüquqları pozulduğu təqdirdə müvafiq qurumlara müraciətlər etmək, sağlam ətraf mühitdə yaşamaq, təhsil, istirahət, əmək, sosial təminat, vərəsəlik, mülkiyyət, sağlamlığın qorunması hüququ kimi mühüm mövzularda söhbətlər aparılacaq. Gənclərin öz hüquqlarını bilməsi onların internatdan sonrakı həyatda yarana biləcək hüquqi problemləri sərbəst həll etmələrində yardımçı olacaq. Öz hüquqlarını bilən gənc müstəqil həyatda öz yerini tapmaqda çətinlik çəkməyəcək.
Psixoloji dəstək proqramının əsas məqsədi yeniyetmələrdə travmatik halların aradan qaldırılması, qarşılıqlı anlaşmanın yaradılması, hisslərin sərbəst ifadə edilməsi, yeni sosial mühitdə tolerant davranışın yaradılması və inkişaf etdirilməsidir. Adı çəkilən proqram gənclərə öz daxili aləminin və başqalarının vəziyyətinin analizinin öyrədilməsini, yaşadığı travmatik situasiyada ünsiyyət çətinliyinin dərk edilməsini, şəxsi həyatda və ətraf mühitdə baş verən hadisələrə dözümlü üsullarla reaksiya verilməsinin formalaşdırılmasını, öz yaşıdları ilə optimal qarşılıqlı münasibət seçiminin dərk edilməsini və emosional özünütənzimetmə bacarıqlarının inkişafı yollarının çatdırılmasını nəzərdə tutur.
İştirakçı seçimi Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin yeniyetmələri arasında müsabiqə yolu ilə aparılmışdır. Adı çəkilən layihə 3 ay müddətində davam edəcəkdir. “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondu layihə bitdikdən sonra da layihə iştirakçıları ilə əməkdaşlıq etməyi planlaşdırır. Fond yeniyetmələrə davamlı olaraq hüquqi və psixoloji yardımlar göstərmək niyyətindədir.