İran-Azərbaycan münasibətləri sürətlə inkişaf edir

AİC çərçivəsində gömrük ittifaqının yaradılmasına Rusiyanın təsiri altında olmamaq istəyi mane ola bilər
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.
Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili

 

– Azərbaycanda İranın səfiri vəzifəsində göstərdiyiniz fəaliyyət müddətində iki ölkənin münasibətlərini hansı səviyyədə görürsünüz?
– Mən 67 aylıq səfirlik vəzifəsində olduğum müddətdə iki ölkə arasında münasibətlərin hər zaman inkişafa doğru irəlilədiyini müşahidə etmişəm. İranın dini lideri (Ayətulla Əli Xameneyi) və həmçinin İran xalqı çox maraqla iki ölkənin münasibətlərinə xüsusi diqqət göstərir. Beş il yarımdan çox səfirlik vəzifəsində fəaliyyət göstərdiyim müddətdə hər zaman iki ölkə rəhbərlərinin qarşılıqlı olaraq bir-birindən razılıqları barədə bəyanatını, əməkdaşlıqların yüksək səviyyədə olmasını, əməkdaşlıq prespektivlərinin ümidverici olmasını müşahidə etmişəm, baxmayaraq ki, bəzi xarici qüvvələr Tehran-Bakı arasında münasibətlərin yaxşılaşmasına əngəl törətməyə çalışırdı.
– Fəliyyətiniz müddətində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahədə imzalanmış müqavilələrin həcmi nə səviyyədə olub?
– Əvvəlcə qeyd edim ki, SSRİ dağılandan sonra Azərbaycan müstəqillik yolunda addımlar atıb və yüksək sürətlə inkişaf edib. Azərbaycan prezidenti, nazirləri və digər yüksək vəzifəli səlahiyyətli şəxslərinin İrandakı həmkarları ilə sıx əlaqələri, görüşləri ikitərəfli münasibətlərin inkişafına zəmin yaradıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi ikiqat artıb və cari ildə bu dövriyyənin həcminin 2 milyard dollara çatdırılması planlaşdırılıb.
İki ölkə arasında 7-ci müştərək iqtisadi komissiyada 114 sahədə əməkdaşlığın genişlənməsi və başlanması üzrə razılıq verildi və bu iclasda yeddi irihəcmli iqtisadi sənəd imzalandı. Bu sənədlərə əsasən, ikiqat verginin ləğvi, investisiyalara şərait yaratmaq üzrə saziş imzalanıb. İki ölkə arasında münasibətlər həm də mədəni, ictimai və digər sahələrdə inkişaf edir. Hazırda Azərbaycanın rəsmi şəxslərinin tədbirləri nəticəsində rəsmi Bakının inkişafının şahidiyik və buna sevinirik.
– Azərbaycanda fəaliyyətiniz müddətində hansı acı və şirin xatirələriz oldu və Azərbaycandan hansı təəssüratlarla İrana gedirsiniz?
– Azərbaycanda aci xatirəm olmadı, bütün xatirələrim şirindir. Xüsusilə, keçən həftə iki ölkənin sərhəd xidmətləri rəhbərlərinin Bakıda görüşünün nəticələri və verilən bəyanatlar mənim üçün böyük sevinc oldu. Görüşdə iki ölkə sərhədlərində heç bir həllolunmaz problemin mövcud olmaması barədə verilən bəyanatlar inamlı idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə sonuncu görüşümdə ölkə başçısı bildirdi ki, İran-Azərbaycan əlaqələrinin genişlənməsi üçün heç bir problem yoxdur və bu münasibətlər inkişafa doğru irəliləyir.
Onu da əlavə edim ki, bəzi xarici ölkələr çox çalışır ki, müsəlman ölkələri arasında ixtilaf yaratsın, lakin Bakı-Tehran münasibətlərinə xələl gətirmək mümkun deyil. /Trend/