İslam Konfransı Təşkilatı – # 10/30-C

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1059 (1995)1
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycan torpaqlarının işğalın nəticələri
“Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzə AŞPA-da qəbul edilib

10/30-C saylı Ermənistan Respublikasının təcavüzü nəticəsində
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 
İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması 
haqqında QƏTNAMƏ*

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rabi-ul avval 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı
İKT Zirvələrin və digər Toplantıların, xüsusilə İKT Dövlət və Hökumət başçılarının IX Zirvə Konfransının qəbul etdiyi qətnamələri xatırlayaraq;
İslam irsinin qorunması və müdafiəsinə dair İslam Konfransı Təşkilatının (İKT) Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;
Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiyasının və memarlığın Azərbaycanın və onun xalqının tarixinin ayrılmaz hissəsi kimi İslam irsinin mənbələrindən biri olduğunu dərk edərək;
BMT-nin Təhlükəsizlik Şurasının, Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılması, Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək;
Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanda məscidlərin və islama aid olan digər müqəddəs yerlərin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğunu bəyan edərək;
Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən İslam irsinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktlarını diqqətə alaraq;
Bu barədə Azərbaycan hökumətinin və xalqının narahatlığı tam bölüşərək;
Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş Katibinin hesabatını nəzərdən keçirərək:
1.Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olnmuş ərazilərində İslam sivilzasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.
2.Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyri-şərtsiz və mütləq yerinə yetirilməsini tələb edir.
3.Hərbi təcavüzün dayandırılması və onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş, həmçinin, hərbi münaqişələr baş verdiyi zaman dövlətlərin işğal olunmuş ərazilərdən mədəni dəyərlərin çıxarılmasının qarşısını almaq barədə öz üzərinə götürdükləri öhdəliklərini nəzərdə tutan “Hərbi münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində səylərini dəstəklədiyini ifadə edir. Dövlətlər habelə mədəni dəyərlərin hər hansı şəkildə oğurlanması, talan edilməsi və ya onların qanunsuz mənimsənilməsini, eyni zamanda həmin dəyərlərə qarşı hər hansı vandalizm aktlarını qadağan etmək və belə hərəkətlərin qarşısını almaq, lazım gəldikdə isə aradan qaldırmağı öz üzərinə götürmüşlər.
4.Aldığı zərərlərə görə Azərbaycanın mğvafiq kompensasiya almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir.
5.Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.
6.Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsin və İKT-in himayəsi altında olan qurumlar və xüsusiləşdirilmiş orqanlar çərçivəsində həyata keçirilmiş koordinasiya işlərinə görə İKT Baş Katibliyinə təşəkkür bildirir. Həmçinin yardım etmiş adı çəkilən qurum və təşkilatlarına da, xüsusilə İslam İnkişaf Bankına və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına onlar tərəfindən Azərbaycan Respublikasında islama aid olan müqəddəs yerlərin qorunması üzrə layihələrin gerçəkləşdirilməsi üçün proqramların qəbul edilməsinə görə təşəkkür edir.
7.Məsələnin izləməsini və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin XXXI Toplantısına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir.
* Qətnamə (39/26-C) ilk dəfə İKT Xarici işlər nazirlərinin 1999-cü ildə Uaqaduquda keçirilmiş XXVI Toplantısında qəbul edilmiş və o vaxtdan etibarən cüzi dəyişikliklərlə İKT Xarici işlər nazirlərinin 2000-cı ildə Kuala-Lumpurda keçirilmiş XXVII Toplantısında (25/27-C), İKT Dövlət və Hökumət başçılarının 2000-ci ildə Dohada keçirilmiş IX Zirvə konfransında (25/9-C(İS)), İKT Xarici işlər nazirlərinin 2001-ci ildə Bamakoda keçirilmiş XXVIII Toplantısında (12/28-C) və İKT Xarici işlər nazirlərinin 2002-ci ildə Xartumda keçirilmiş XXIX Toplantısında (11/29-C) qəbul edilmişdir.