KƏRİMOV Bəşir Bəylər oğlu

ƏHMƏDOV Riad Fikrət oğlu
İSMAYILOV İlqar Sədi oğlu
ƏKBƏROV Rövşən Telman oğlu

KƏRİMOV Bəşir Bəylər oğlu (2.2.1976, Füzuli r-nunun Qacar k. – 16.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

1976-cı ildə Füzuli rayonunun Qacar kəndində doğulub. Qacar kənd orta məktəbində təhsil alıb. Qacar və Divanalılar kəndlərinə ermənilərin hücumu zamanı döyüşlərdə fərqlənib. 1993-cü ildə Azərbaycanın Milli Ordusuna çağrılıb. 777 saylı hərbi hissədə qulluq edib. Füzuli və Tərtər rayonlarının ərazilərində erməni yaraqlıları ilə döyüşlərdə iştirak edib. 16 mart 1995-ci il tarixində həlak olub.

Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir…

Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 471-472