Təqvim
| « Sentyabr 2010 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
 ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik gələn həftə regiona səfər edəcəklər. APA-nın məlumatına görə, səfərə Bakıdan başlayan həmsədrlər daha sonra İrəvan və Xankəndinə gedəcəklər. Səfərin əsas məqsədi işğal olunmuş ərazilərə səfər edəcək fakt-araşdırma missiyasının yaradılması ilə bağlı detalları müzakirə etməkdir.
|
 “Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq aləm tərəfindən qeyd-şərtsiz tanındığını çox gözəl anlayır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində, BMT Baş Assambleyasının, AŞ PA-nın və digər beynəlxalq təşkilatların sənədlərində bu məsələ birmənalı olaraq əksini tapıb”.
|
 Ermənistan Müdafiə Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ordusunun hərbçisi Hüseynov Roman Novruz oğlu ilə bağlı sorğusuna cavab verib. Bu barədə APA-ya BQXK-nin Azərbaycan ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun çavuşu, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun əsir götürülməsi faktını təsdiqləyib.
|
 Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərini pisləyir. Trend-in məlumatına görə, QAT bu barədə çərşənbə günü bəyanat yayıb. "Ermənistanın terrorçu prezidenti artıq həyasızlığın bütün hədlərini keçərək, Azərbaycan qanunlarını, beynəlxalq hüquq normalarını tapdalayır.
|
 Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər.
|
 Azərbaycan Respublikasının 20%-dən artıq torpaqları Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Dünyanın bir sıra ölkələrinin narazılığına və beynəlxalq təşkilatların tətbiq etdikləri sanksiyalarına baxmayaraq torpaqlarımız hələ də erməni işğalçılarının əlindədir.
|
 Sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxacaq.
|
 Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il ötür. APA-nın məlumatına görə, ərazisi 826 kv.km olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal edilib. Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub.
|
 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 4 500 nəfərdən çox itkin düşmüş şəxsin taleyi hələ də naməlumdur. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə nümayəndəliyin axtarış üzrə nümayəndəsi Martin Aqure Oquya itkin düşmüş şəxslərin ailələri ilə görüşündə məlumat verib.
|
 "Qurumun payız sessiyası zamanı yeni Rusiya - Ermənistan hərbi sazişi, bu müqaviləyə əsasən işğalçı dövlətin silahlandırılması məsələsi ATƏT rəhbərliyinin diqqətinə çatdırılacaq. Qafqazda rus ordusunun sayının və təsir imkanlarının genişləndiyi şəraitdə, Dağlıq Qarabağ probleminin həllinin uzanacağı ilə bağlı verilən ciddi proqnozlar və bu proqnozun doğurduğu narahatlıqlar barədə fikrimizi bildirəcəyik".
|
 Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəritədə Dağlıq Qarabağ və işğal olunmuş yeddi rayon Azərbaycan ərazisi kimi göstərilib. APA-nın “ArmToday” saytına istinadən yaydığı məlumata görə, http://www.armeniaforeignministry.com/arm/index.html ünvanında “Geography” bölməsinə daxil olaraq həmin xəritəni görmək mümkündür.
|
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 31-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
|
 “Bu günlərdə İrəvanda imzalanmış Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətinin uzadılmasına dair sazişə əsasən Rusiya mənbəyindən asılı olmayaraq Ermənistanın təhlükəsizliyinin təmin edəcək”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində deyib.
|
 Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 17 il ötür. APA-nın xəbərinə görə, 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub.
|
 Ermənistan işğal altında olan Füzuli rayonu ərazisində təbii sərvətlərin dağıdılmasını həyata keçirir. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir. Nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldansonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb.
|
 Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında vasitəçilik missiyasını davam etdirməyə hazırdır. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev cümə günü Yerevanda Ermənistan prezidenti ilə birgə mətbuat konfransında deyib. Xəbəri "Vesti" telekanalı yayıb.
|
 Ermənistan Dağlıq Qarabağdakı ermənilərin sayını 300 min nəfərə çatdırmaq üçün xüsusi plan hazırlayıb. APA-nın Türkiyənin «Zaman» qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Əsassız Soyqırımı İddiaları ilə Mübarizə Cəmiyyətinin (Asılsız Soykırım İddialarıyla Mücadele Derneği (ASİMED)) rəhbəri Savaş Əyilməz bildirib.
|
 Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
|
 Amerikalı ekspert: “Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmazdan əvvəl Dağlıq Qarabağın gələcək statusu barədə konkret təminat almaq istəyir”
|
 Çərşənbə günü qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki təmas xəttində keçirilib.
|
 Rəsmi Bakı ATƏT-dən işğal olunmuş ərazilərində məskunlaşma vəziyyətinin qiymətləndirilməsində obyektivlik gözləyir. Bu barədə Trend-ə ATƏT yanında akkreditə olunan Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bildirib. "ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə payız səfəri bu ərazilərdə məskunlaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsi xarakteri daşıyacaq və bunun yekunlarına əsasən hesabat hazırlanacaq", - çərşənbə axşamı səfir Vyanadan telefonla bildirib.
|
 İyulun 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə Qazaxıstanın Almatı şəhərində Azərbaycan, Ermənistan, ABŞ, Rusiya və Fransa xarici işlər nazirlərinin görüşü keçiriləcək. APA-nın xəbərinə görə, Elmar Məmmədyarov, Edvard Nalbandyan və həmsədr ölkələrin xarici işlər nazirləri Sergey Lavrov (Rusiya), Bernar Kuşner (Fransa), ABŞ dövlət katibinin müavini Ceyms Staynberqin ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin iştirakı ilə təşkil olunacaq görüş ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutacaq və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
|
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 14-də Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
|
 Azərbaycan Müdafiə Nazirliyi şəhid gizirin cəsədinin qaytarılmaması ilə bağlı məlumat yayıb. Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun cümə günü yaydığı açıqlamada bildirilir ki, gizir Mübariz İbrahimovun cəsədinin qaytarılması ücün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana dəfələrlə catdırılıb.
|
|
|