|
|
|
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 13/30-P saylı QƏTNAMƏ*İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rabi-ul avval 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı İKT Nizamlanmasının məqsəd və prinsiplərindən çıxış edərək; Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizindən artığının işğalından dərin narahat olaraq;
|
|
10/30-C saylı Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında QƏTNAMƏ* İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rabi-ul avval 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı
|
|
23 Fevral 2010, 13:02
ATƏT |
|
ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1416 (2005) saylı Qətnamə (1)
1.Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.
|
|
23 Fevral 2010, 13:02
ATƏT |
|
ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1690 (2005) saylı Tövsiyə (1)
Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416 (2005) saylı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:
|
|
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR QƏTNAMƏ 1047 (1994)
1.Assambleya razılıqla qeyd edir ki, 1994-cü ilin mayın 12-də qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə müharibə edən tərəflər arasında sülh sazişi ilə nəticələnəcək.
|
|
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR QƏTNAMƏ 1059 (1995)1
1.Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir.
|
|
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ZAQAFQAZİYADA MÜNAQİŞƏLƏRƏ DAİR QƏTNAMƏ 1119 (1997)1
1.Assambleya hesab edir ki, Zaqafqaziya münaqişələrində, xüsusilə Abxaziya və Dağlıq Qarabağda 1994-cü ilin mayından etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi sabitliyin yaradılmasına kömək etməlidir. 2.Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin keçirdiyi müxtəlif dinləmələrdən sonra o ümid edir ki, bu münaqişələrin siyasi həlli istiqamətində sürətli, həlledici irəliləyiş ediləcək.
|
|
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞA DAİR BƏYANNAMƏ
(Nazirlər Komitəsi tərəfindən 11 mart 1992-ci ildə Nazir müavinlərinin 471-ci iclasında qəbul edilmişdir) Nazirlər Komitəsi, insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumları kəskin şəkildə pisləyir. O qeyd edir ki, məsələnin güc vasitəsilə həlli beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməz.
|
|
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN GƏRGİNLƏŞMƏSİNƏ DAİR BƏYANNAMƏ
(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir müavinlərinin 492-ci iclasında qəbul edilmişdir) Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və, xüsusilə, döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır.
|
|
“Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair fəaliyyətini artırır” (9 noyabr 2000-ci il tarixində Nazirlər Komitəsinin 107-ci iclasında qəbul edilmişdir) Nazirlər Komitəsi İtaliyanın xarici işlər naziri cənab Lamberto Dininin sədrliyi ilə 2000-ci ilin noyabrın 9-da Strasburqda 107-ci iclasını keçirdi.
|
|
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TÖVSİYƏ 1251 (1994)1
1.Assambleya qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlamış və artıq təxminən 20 000 insanın ölməsi və bir milyondan artıq qaçqının olması ilə nəticələnmişdir. 2.Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən etibarən Ermənistan və Azərbaycanın Parlamentləri, “Dağlıq Qarabağın rəhbərliyi” və “Dağlıq Qarabağın maraqlı Azərbaycan tərəfi”nin nümayəndələrinin qatıldığı dinləmələr silsiləsini təşkil etmişdir.
|
|
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR TÖVSİYƏ 1263 (1995)
1.Assambleya, Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 saylı (1995) Qətnaməsinə istinad edərək, tövsiyə edir ki, Nazirlər Komitəsi: 2.Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və, xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın tamamilə qənaətbəxş olmamağından irəli gələn gərgin vəziyyəti təcili şəkildə nəzərdən keçirsin;
|
|
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası
Qətnamə 884 (1993) 12 noyabr 1993
1. Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
2. Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
|
|
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası
Qətnamə 874 (1993) 14 oktyabr 1993
1. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;
2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;
|
|
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası
Qətnamə 853 (1993) 29 iyul 1993
1. Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;
2. Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;
|
|
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası
Qətnamə 822 (1993) 30 aprel 1993
1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
|
|
|