NATO Cənubi Qafqazda həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Abxaziya münaqişəsinə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi keçirilən mətbuat konfransında bildirib. Həsənov qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq etdiyi NATO, ATƏT və digər təşkilatlardan çox gözləntiləri var.

Tarix : Dünən, 14:56

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal olunmuş ərazilərində təlimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Şahbulaq dağı və Uzundərə adlanan ərazidə keçirilir. Bu gün saat 11.35 radələrindən başlayan təlimlərdə ağır artilleriyadan da istifadə olunur.

Tarix : Dünən, 14:51

NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan münaqişə tərəflərini bu regionlarda təhlükəsizlik və sabitliyi poza biləcək addımlardan qaçmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Şimali Atlantika alyansının Çikaqo sammitinin yekunları üzrə qəbul etdiyi bəyannamədə deyilir. "Biz bütün tərəfləri münaqişələrin dinc yolla nizamlanması üçün konstruktiv iştiraka və siyasi iradə nümayiş etdirməyə, eləcə də mövcud danışıqlar formatına hörmət etməyə çağırırıq", - bəyannamədə deyilir.

Tarix : Dünən, 14:33

Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının ildönümü ərəfəsində Amerikanın Portlənd şəhərinin (Men ştatı) meriyası Dağlıq Qarabağın, Zəngəzurun və Naxçıvanın islam dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycanın tərkibinə daxil olmasına dair tarixi faktın tanınması haqqında qətnamə qəbul edib. Trend-in məlumatına görə, sənəddə qeyd olunub ki, ADR şimalda Qafqaz dağ silsiləsindən cənubda Araz çayına və şərqdə Xəzər dənizindən qərbdə Kərki kəndinə qədər uzanan ərazidə elan edilmişdi, öz tərkibinə Qarabağı, Zəngəzuru və Naxçıvanı daxil edib və bu sərhədlər də o dövrün dünya demokratik dövlətləri, həmçinin ABŞ tərəfindən tanınmışdı.

Tarix : 19-05-2012, 12:42

Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir. APA-nın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.

Tarix : 18-05-2012, 10:50

ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli KOmitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib.

Tarix : 17-05-2012, 12:30

“Avropa Birliyi rəsmisinin Dağlıq Qarabağa səfəri o demək deyil ki, Avropa Birliyi oranı müstəqil ərazi kimi tanıyır”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu gün keçirdiyi mətbuat konfransında deyib.  R. Kobia xatırladıb ki, AB-yə üzv olan 27 ölkənin xarici işlər nazirinin fevral ayında qəbul etdiyi yekun sənəddə belə bir çağırış var. Bu çağırış AB-nin Cənubi Qafqaza və həmin münaqişəyə ciddi diqqətinin göstəricisidir. 27 nazir AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa səfərinə şərait yaradılmasını istəyib.

Tarix : 17-05-2012, 12:20

Almaniya Yaşıllar Partiyasının nümayəndəsi, Bundestaqın (parlament) deputatı Folker Bek Dağlıq Qarabağ münaqişəsinin həllini ancaq süh yolunda görür. Bununla belə, o hesab edir ki, azlıqların öz müqəddəratını təyinetmə hüququna riayət etmək lazımdır. Maraqlıdır ki, deputat beynəlxalq hüququn əsas prinsipləri - dövlətlərin ərazi bütövlüyünün qorunması haqqında heç bir söz deməyib.

Tarix : 16-05-2012, 15:28

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 16-da Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq baş tutub. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli palanlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçiriblər.

Tarix : 16-05-2012, 14:38

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 16-da Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli palanlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçirəcəklər.

Tarix : 15-05-2012, 10:19
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı