|
Rusiya XİN rəhbərinin müavini və Minsk qrupu həmsədrləri ATƏT XİNŞ kontekstində Dağlıq Qarabağ problemini müzakirə ediblər
Qarabağ » Xəbərlər (Qarabağ) / (9-12-2011, 14:34)
Söhbət zamanı Vilnüsdə dekabrın 6-7-də keçirilən ATƏT XİNŞ-nin iclasının yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ nizamlanması üzrə birgə işin məsələləri müzakirə olunub. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. /Trend/ Oxşar xəbərlər:
|












Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin dekabrın 9-da ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəsmi saytında məlumat verilir. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik və Minsk qrupunun həmsədri postunda Fasyeni əvəz edəcək Jak For da iştirak edib.