“Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsinin həll yolu tapılacaq”
Qarabağ » Xəbərlər (Qarabağ) / (14-12-2011, 12:45)

“Çox ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsinin həll yolu tapılacaq, çünki müharibə vəziyyəti, iki qonşu dövlət arasında qarşıdurma təbii deyil. Hamı bunu başa düşür və istəyirik ki, hər iki xalq və dövlət sülh vəziyyətində yaşasınlar”. APA-nın məlumatına görə, bu fikirləri “Qolos Rossii” radiosuna müsahibəsində MDB-nin icraçı katibi Sergey Lebedev deyib. O qeyd edib ki, MDB imkan daxilində bu münaqişənin nizamlanmasına kömək etməyə çalışır: “Bu, bizim ümumi dərdimizdir. MDB ölkələri problemi həll etmək üçün əllərindən gələn köməyi etməyə çalışırlar. Bəzi ölkələr, məsələn Rusiya Minsk Qrupunun tərkibində, digərləri isə Azərbaycan və Ermənistan rəhbərləri ilə, siyasətçilərlə əlaqədə münaiqşənin həllinə səy göstərirlər”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı