Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq
Qarabağ » Xəbərlər (Qarabağ) / (21-12-2011, 14:20)

Türkiyə Böyük Millət Məclisi (TBMM) gələn il Xocalı soyqırımı ilə bağlı məsələni hər il olduğu kimi, yenidən gündəmə gətirəcək. Bunu APA-ya açıqlamasında TBMM-in üzvü Mustafa Kabakçı deyib. O bildirib ki, hər il TBMM də daxil olmaqla Türkiyənin müxtəlif qurumlarında - bələdiyyələrdə, araşdırma mərkəzlərində və təhsil müəssisələrində Xocalı soyqırımının ildönümü qeyd olunur. Bu il də Xocalı soyqırımına dair TBMM-də millət vəkilləri tərəfindən çıxışların edilməsi, məsələnin parlamentin gündəliyinə daxil edilməsi gözlənilir: “Xocalı soyqırımı eyni zamanda bizim problemimizdir. Bu hadisə 20 il əvvəl hamının gözü önündə törədilib”.
Millət vəkili Fransa parlamentində müzakirəyə çıxarılan saxta “erməni soyqırımı” məsələsi ilə mübarizə sahəsində Türkiyənin Azərbaycandan istəklərini də açıqlayıb: “Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında necə yer alıbsa, biz bu haqsızlığa qarşı Azərbaycandan da eyni mövqeni gözləyirik. Diasporlarımız birgə hərəkət etməlidir”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı