|
Belçika parlamentində Xocalı soyqırımının müzakirəsi gözlənilir
Qarabağ » Xəbərlər (Qarabağ) / (6-01-2012, 15:02)
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, 20 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Əsgərov Ermənistanın Azərbaycan ərazilərində etnik təmizləmə apardığını vurğulayıb. Birinci vitse-spiker Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamənin qəbul olunduğunu, lakin bunların heç birinin yerinə yetirilmədiyini qeyd edib. O bildirib ki, Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini öz iclaslarında qaldırsa, Avropanın ikili standartlardan uzaqlaşdığını deyə bilərik. 1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib. /APA/ Oxşar xəbərlər:
|












Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı faciəsi məsələsinin Belçika parlamentində qaldırılması üzrə iş aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə işçi qrupunun rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib. Onun sözlərinə görə, bu 2012-ci il üçün işçi qrupunun müəyyənləşdirdiyi plana əsasən həyata keçiriləcək. Həmçinin plana Azərbaycan haqqında məlumatların Belçika televiziyasında yayılması, Azərbaycan və Belçika universitetləri arasında tələbə mübadiləsinin aparılması, Belçikanın Thun və Azərbycanın Şamaxı şəhərlərlərinin qardaşlaşması və bununla bağlı Thun şəhərində Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılması məsələləri daxildir.