Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
Qarabağ » Xəbərlər (Qarabağ) / (11-01-2012, 10:47)

Ermənistan Ordusunun bölmələri yanvarın 10-da saat 15.10-dan 15.20-dək və 16.05-dən 16.15-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 23.25-dən 23.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.20-dən 10.40-dək, 23.10-dan 23.30-dək və yanvarın 11-də saat 03.00-dan 03.05-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı