|
Əli Laricani: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ərazi bütövlüyü prinsipi çərçivəsində olmalıdır
Qarabağ » Xəbərlər (Qarabağ) / (12-01-2012, 14:28)
Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi çərçivəsində və beynəlxalq hüquq normalarına əməl olunmaqla nizamlanmalıdır. Bunu İran parlamentinin sədri Əli Laricani Türkiyəyə səfəri çərçivəsində Anadolu agentliyinə müsahibəsində deyib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər verib. "Türkiyə və İran müsəlman və dost dövlətlərdir. Ona görə də regional problemlərin həlli üzərində onların birgə işi vacibdir", - Laricani bildirib.İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır./Trend/ Oxşar xəbərlər:
|
AVCIYA.AZ
Yuxarı












Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi çərçivəsində və beynəlxalq hüquq normalarına əməl olunmaqla nizamlanmalıdır. Bunu İran parlamentinin sədri Əli Laricani Türkiyəyə səfəri çərçivəsində Anadolu agentliyinə müsahibəsində deyib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər verib. "Türkiyə və İran müsəlman və dost dövlətlərdir. Ona görə də regional problemlərin həlli üzərində onların birgə işi vacibdir", - Laricani bildirib.