ATƏT-in Minsk Qrupunun fəaliyyəti az səmərəlidir – avropalı ekspert » Avciya.az
az | en | ru
ARDNŞ-in Gürcüstandakı neft terminalı öz fəaliyyətində şəffaflığı təmin edir... Azərbaycan ən sürətlə inkişaf edən, sabit, dünyada öz rolunu oynayan ölkədir ... “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə”... Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq ... Azərbaycanda ötən il 300-dən çox mətbu nəşr qeydə alınıb... Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir ... Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır ... Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb ... Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib... Serj Sarkisyan: «Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədini gizlətmir»...
26 Sentyabr 2008, 15:09    ATƏT-in Minsk Qrupunun fəaliyyəti az səmərəlidir – avropalı ekspert
ATƏT-in Minsk Qrupunun fəaliyyəti az səmərəlidir – avropalı ekspertATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri elə dövlətlərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli onlar üçün prioritet məsələ deyil və bununla əlaqədar, uzun illər ərzində onun fəaliyyəti az səmərəlidir, Transatlantik İnstitutun (London) direktoru Ziba Norman cümə axşamı Trend News agentliyində mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (Fransa, ABŞ, Rusiya) coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələri də MQ-nin fəaliyyətinin az səmərəli olmasının səbəbidir.

1994-cü ilin mayında Azərbaycan və Ermənistan atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. ATƏT-in Minsk Qrupu 1994 - cü ildə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım etmək məqsədilə yaradılıb.

Normanın rəyinə görə, Türkiyə Minsk Qrupu ilə paralel Dağlıq Qarabağ probleminin həllinə yardım edə bilər və onun bu prosesdə iştirakı səmərəli ola bilər.

Sentyabrın ortalarında Ankara beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün “Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması”nın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu Platformanın yaradılmasının məqsədi Türkiyənin Qafqazda Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında ərazi münaqişələrinin daha tez həllinə səy göstərməsi olub.

Transatlantik İnstitutunun direktorunun sözlərinə görə, Cənubi Osetiyadakı münaqişənin Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə tətbiqi üçün katalizator rolunu oynaması barədə rəy var. Lakin bu, Ankaranın münaqişənin nizamlanmasına yönələn birinci cəhdi deyil. “Türkiyə hələ Cənubi Osetiyadakı münaqişəyədək Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyib”, - Norman bildirib. /Trend/
Kateqoriya: Qarabağ » Xəbərlər (Qarabağ)
 Dostuna yolla       Çap versiyası