Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi ATƏT-ə üzv ölkələrin qərarından asılı olacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova bildirib. «Minsk Qrupunun 20 il ərzində səyləri nəticə verməyib, Azərbaycan da haqlı olaraq bununla bağlı narazılığını və tənqidlərini ifadə edir. Son hadisələr dolmuş səbir kasalarını daşdırdı», - deyə B. Muradova vurğulayıb.
Beynəlxalq missiyanın formatının dəyişdirilməsinin gündəmdə olduğunu deyən B. Muradovanın sözlərinə görə, həmsədrlik institutunun nə ilə əvəzlənəcəyi barədə indi konkret fikir söyləmək mümkün deyil: “Siyasəti bizi qane etməyən ölkələrin həmsədrliyinin əvəzlənməsi proseduru necədir? Hər halda bu, ATƏT-ə üzv ölkələrin qəbul etdiyi qərardan asılı olacaq. Bu məsələ ciddi şəkildə gündəmə gəldiyi zaman Azərbaycan öz mövqeyini ifadə edəcək. Hələlik biz Minsk Qrupunun formatının dəyişdirilməsi bağlı açıq və sərt mövqeyimizi Fransa Konstitusiya Şurasının qərarından sonra bildirəcəyik». /APA/