ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər
Qarabağ » Xəbərlər (Qarabağ) / (28-06-2011, 10:25)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər. APA-nın məlumatına görə, bu haqda Fransa Xarici İşlər Nazirliyi xəbər yayıb.  Həmsədrlər öncə Bakıya gələcəklər. Vasitəçilər daha sonra Xankəndi və İrəvana səfər edəcəklər.
Nazirliyinin açıqlamasında deyilir ki, vasitəçilərin növbəti səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsini təmin etməkdir./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı