ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib
Qarabağ » Xəbərlər (Qarabağ) / (22-09-2011, 14:07)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodzinas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı