Belarus Azərbaycan İcmaları Konqresi "Freedom House"a və ABŞ Konqresinə etiraz məktubu göndərib » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
17 Dekabr 2009, 11:12    Belarus Azərbaycan İcmaları Konqresi "Freedom House"a və ABŞ Konqresinə etiraz məktubu göndərib
Belarus Azərbaycan İcmaları Konqresi "Freedom House"a və ABŞ Konqresinə etiraz məktubu göndərib "Hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanla müqayisə edilməsinə etiraz edirik", - cümə axşamı Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Trend News-un arayışı: "Freedom House" təşkilatının bu yaxınlarda tərtib etdiyi "Azadlıq xəritəsi"ndə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edilib. Bundan başqa, Azərbaycanı "qeyri-azad" ölkələr sırasına daxil etməklə yanaşı, Ermənistanı və Dağlıq Qarabağı "qismən azad" ölkələrlə birlikdə təqdim edib.
Məktubda qeyd olunur ki, işğalçı, bir milyon nəfərdən çox insanı öz yurd-yuvasından didərgin salan, dinc sakinlərin gülləbaran edildiyi, dəhşətli soyqırım aktlarına imza atmış Ermənistanla Azərbaycanın müqayisə edilməsi acı təəssüf doğurur. "Konqres benyəlxalq təşkilatların, dünya birliyinin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağın "Freedom House" təşkilatının hazırladığı xəritədə "mübahisəli ərazi" kimi göstərilməsinə də öz kəskin etirazını bildirib", - məktubda əlavə olunur.
Belarus Azərbaycan İcmaları Konqresi həmçinin ABŞ Konqresinin ünvanına da etiraz məktubunu göndərib. Məktubda ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırmasına etiraz öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, insan hüquqları kimi müqəddəs dəyərlərin təbliği ilə məşğul olan ABŞ-ın qanunverici orqanının bir milyondan çox insanın hüquqlarını kobudcasına tapdalamış, onları öz yurd-yuvasından didərgin salmış, minlərlə insanı qətlə yetirmiş bir rejimə maliyyə dəstəyi verməsinin məqsədi anlaşılmazdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./Trend/


Kateqoriya: Qarabağ » Xəbərlər (Qarabağ)
 Dostuna yolla       Çap versiyası