Azərbaycan "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndərib » Avciya.az
az | en | ru
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin vaxtı dəqiqləşib... İran islam ölkələri ilə gediş-gəlişi asanlaşdırmağa çalışır... Gürcüstanda 84 Azərbaycan məktəbində gürcü dili kursları açılıb... Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda həllinə yardım göstərmək niyyətindədir ... Azərbaycan tərəfi Xəzəryanı ölkələrin mövqelərini nəzərə alaraq saziş layihəsi hazırlayıb ... Azərbaycanda 380 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb... Azərbaycan və Türkiyə dindarları Konqresin qərarı ilə bağlı etiraz tədbirləri keçirəcək ... ABŞ Konqresində sonuncu müzakirələr regiona sülh və stabillik gətirə bilməz ... Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir ... Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan üzrə qərarı açıqlanıb...
8 Fevral 2010, 18:02    Azərbaycan "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndərib
Azərbaycan "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndəribAzərbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, "Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib. Trend News-un məlumatına görə, məlumatı XİN-in mətbuat xidməti məlumat yayıb.
Etiraz məktubunda həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib.
Cavab məktubunda Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./Trend/
Kateqoriya: Qarabağ » Xəbərlər (Qarabağ)
 Dostuna yolla       Çap versiyası