Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Qarabağ » Xəbərlər (Qarabağ) / (10-10-2011, 10:22)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 9-da saat 13.00-dan 13.30-dək, 15.30-dan 16.00-dək və 19.20-dən 19.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.20-dən 13.25-dək və oktyabrın 10-da saat 00.55-dən 01.00-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı