|
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində azərbaycanlı və erməni icmalarının görüşü keçirilə bilər
Qarabağ » Xəbərlər (Qarabağ) / (14-10-2011, 14:30)
Muradova əlavə edib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş ya noyabrda, ya da yanvarda regiona səfər edəcək. Xüsusi nümayəndənin səfəri zamanı azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi barədə danışıqlar aparılacaq. Muradova hesab edir ki, azərbaycanlı və erməni icmaları arasında görüş Bakıda keçirilməlidir. Çünki hər iki tərəfin nümayəndələri Azərbaycan vətəndaşıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Parlament Assambleyasının şənbə günü Xorvatiyanın Dubrovknik şəhərində keçirilən sessiyasında müzakirə olunub. Dinləmələrdə Minsk qrupunun həmsədrləri çıxış ediblər. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. Oxşar xəbərlər:
|












ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində azərbaycanlı və erməni icmalarının görüşünün baş tutmasının mümkünlüyünü araşdırır. Trend-in məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova cümə günü Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Assambleyada Dağlıq Qarabağa dair keçirilən dinləmələrdə icmalar arasında görüşün təşkili təklifi ilə çıxış edib.