Dağlıq Qarabağ münaqişəsi tərəfləri hərtərəfli sülh sazişi üzərində işləməyə başlamalıdırlar
Qarabağ » Xəbərlər (Qarabağ) / (19-10-2011, 13:41)

Dağlıq Qarabağ münaqişəsi tərəfləri indiyədək həll olunmamış qalan məsələlər üzərində işləri davam etdirməli və vaxt itirmədən hərtərəfli sülh sazişi üzərində işləməyə başlamalıdırlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü ekvadorlu həmkarı ilə birgə mətbuat konfransında deyib."Gələn həftə biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli ilə bağlı ümumi vəziyyəti və sülh prosesində açıq qalan məsələlər üzərində işlərin davam etdirilməsinə dair məsələləri müzakirə edəcəyik", - nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı